 |
Şrift : |
|
 |
Tarix : | 17-10-2011, 16:02 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 449 dəfə |
Like : |
|
Like : |
|
|
Kafe sahibləri binanın zirzəmisindən çıxmaq istəmirlər
Bakının Nəsimi rayonu ərazisində yerləşən “Kardeşler” kafesində partlayış baş verib. Hadisə şahidlərinin Bizimxeber.com xəbər portalına verdiyi məlumata görə, partlayış Səməd Vurğun 100 ünvanında qeydə alınıb. Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə yerinə 2 yanğınsöndürən maşın yollanıb. Son məlumatlara görə, partlayış nəticəsində iki nəfər həyatını itirib, yaralananlar var. Hadisə yerindən bildirilir ki, sözügedən kafe yaşayış binasının zirzəmisində yerləşirmiş. Partlayışın binada yaşayan vətəndaşları narahat etməsi onların ciddi narazılığına səbəb olub. Hazırda binada yaşayan sakinlər həyətdə toplaşaraq, kafe sahiblərinin cəzalandırılmasını, qeyri-qanuni kafe işlətmələrinin hesabını sormağı tələb edirlər. Etibarlı mənbələrdən Bizimxeber.com-a daxil olan məlumatda isə bildirilir ki, “Kardeşler” kafesi iri məmurlardan birinə, daha doğrusu, yaxın adamlarına məxsusdur. Ona görə də kafe rəhbərliyi heç bir tələbə məhəl qoymur. Arxasında dayanan məmura araxalanan “Kardeşler” yenə də binanın zirzəmisində kafe işlətmək iddiasındadır. Görünür, iki nəfərin ölümü və bir neçə nəfərin yaralanması maddi maraqları naminə insanları iflic edən kafe rəhbərliyinə o qədər də əhəmiyyət kəsb etmir.
7GUN.AZ
|