 |
Şrift : |
|
 |
Tarix : | 18-10-2011, 10:53 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 458 dəfə |
Like : |
|
Like : |
|
|
Gənc qadının vaxtsız ölümü 3 azyaşlı körpəsini yetim, həyat yoldaşını isə yalqız qoydu...
Bakının Sabunçu rayonunda fərdi yaşayış evində bir ailənin bütün üzvlərinin xəsarəti ilə nəticələnən yanğından bəd xəbər var. 7GÜN.AZ Milli.Az xəbər portalına istinadən məlumat verir ki, oktyabrın 14-də səhər saatlarında Maştağa qəsəbəsi İ.Həsənov küçəsi, 14 ünvanındakı fərdi yaşayış evində baş verən yanğın nəticəsində xəsarət alan ailənin 6 üzvündən biri dünyasını dəyişib.
Hadisə zamanı 60 yaşlı Sona Hüseynova, 37 yaşlı Elçin Məmmədov, onun həyat yoldaşı, 23 yaşlı Xeyransa Məmmədova, övladları, 4 yaşlı Xanlar, 1 yaşlı Aysun və 2 aylıq Dəniz müxtəlif xəsarətlərlə və dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilmişdilər. Həkimlərin müdaxiləsinə baxmayaraq, Xeyransa Məmmədova xəstəxanada dünyasını dəyişib.
1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsindən verilən məlumata görə, X.Məmmədova kəskin zəhərlənmə ilə şöbəyə gətirilib və onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, mərhum Xeyransa Məmmədova həyat yoldaşı Elçin Məmmədovun ikinci arvadıdır. Elçin Məmmədovun atası əvvəllər Sabunçu bazarının rəhbəri olub, bir neçə il əvvəl Rusiyada qətlə yetirilib. Elçinin birinci arvadı isə xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.
7GÜN.AZ
|