 |
Şrift : |
|
 |
Tarix : | 20-10-2011, 12:00 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 275 dəfə |
Like : |
|
Like : |
|
|
Dövlət Sərhəd Xidməti (DSX) oktyabrın 19-da Azərbaycan-İran sərhədinin Biləsuvar rayonu ərazisində baş verən silahlı insidentlə bağlı məlumat yayıb. DSX-nin mətbuat mərkəzindən 7GUN.AZ-a verilən məlumatda qeyd edilib ki, oktyabrın 19-u, saat 14.00 radələrində Biləsuvar rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycanın İranla dövlət sərhədinin pozulması müşahidə edilib. Bunun qarşısının alınması məqsədlə əraziyə əlavə sərhəd naryadlar çıxarılıb və axtarış təşkil olunub. Nəticədə dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, xəbərdarlıq və qanuni tələblərə tabe olmaqdan imtina edərək sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. Açılan atəş nəticəsində sərhəd pozucusu yaralanıb, hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya təxliyə edilib. Baş verən hadisə barəsində İran tərəfi dərhal məlumatlandırılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
7GUN.AZ
|