 |
Şrift : |
|
 |
Tarix : | 25-10-2011, 11:34 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 353 dəfə |
Like : |
|
Like : |
|
|
243 saylı avtobusun sürücüsü hadisə yerindən qaçıb
Bakının Nizami rayonunda ağır yol qəzası baş verib. Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində qeydə alınıb. Həmin ünvanda “Diqlas” ticarət mərkəzinin qarşısında adı hələlik məlum olmayan sürücünün idarə etdiyi 243 saylı 10 TD 081 dövlət nömrə nişanlı “Daewoo” markalı iritutumlu sərnişin avtobusu 20 yaşlı İmişli rayon sakini Məmməd Rəfiyevin üstündən keçib. Sürücü qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb. M.Rəfiyev xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlayıb.
7GUN.AZ
|