Siyasi məhbusun evini yandırdılar

Şrift : |
Tarix :26-10-2011, 11:21
Bölmə : Hadisə
Kömək :    
Baxılıb : 233 dəfə
Like :
Like :

    Oktyabrın 25-də vicdan məhbusu, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının Səməd Vurğun 49 ünvanında yaşadığı binada yanğın baş verib

    7GUN.AZ-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın adıçəkilən ünvanda yerləşən binanın birinci mərtəbəsində qəsdən törədilib. Tural Abbaslının qardaşı Teymur Abbaslının verdiyi məlumata görə, yanğın qəfil başlayıb: "Xəbərimiz olmasaydı bütün bina yanıb külə dönəcəkdi. Artıq bununla 4-cü dəfədir ki, bu hadisə törədilir. Əraziyə yanğınsöndürən çağırsaq da əvvəlcə gəlmədilər. Yalnız bir saatdan sonra onları ərazidə görə bildik. Onda da artıq gec idi. Çünki özümüz artıq yanğını söndürmüşdük".
    Dəfələrlə sözügdən binada söküntü işlərini əsasən sakinlərin evdə olmadığı vaxt, ya da gecələr sökürlər. Binada 11 ailə yaşayır. Sakinlərə ordersiz, keyfiyyətsiz mənzillər, yaxud sahəsi 60 kvadratmetrədək olan mənzillərin hər kvadratına 1500 manat təklif edirlər.
    Daha böyük mənzil sahiblərinə isə mərkəzdən aralıda, Badamdarda və Keşlə bazarı yaxınlığında ”Azinko"ya məxsus evlər verilir.
    Teymur Abbaslının dediyinə görə, “Azinko”nun binalarında mənzillərin bir kvadratmetri ən yaxşı halda 500 manatdır: “Bizim evlər isə mərkəzdə, Heydər Əliyev Sarayının yanındadır. Burda evlərin kvadratmetri 4000 manatdır. Bizi aldatmaq, evimizi əlimizdən almaq istəyirlər. Hər yan uçurulub, dağıdılıb, toz-torpaq içindəyik. Mədsəq sakinləri bezdirib evlərindən didərgin salmaqdır”.
    Tural Abbaslının anası Başxanım Abbasova onu da bildirib ki, BŞİH-in nümayəndəsi, söküntü ilə bağlı yaradılmış komissiyanın rəhbəri Zülfəli İsmayılov və onun ətrafındakı şəxslər insanları təhqir edir, onlara fiziki zor tətbiq edir.
    Qeyd edək ki, “Azinko” şirkəti Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova məxsusdur, ancaq deputat qardaşı Malik Həsənovun adına rəsmiləşdirilib. BŞİH nümayəndəsi Z.İsmayılov mətbuata açıqlamasında isə deyir ki, evinin sökülməsi ilə razılaşmayan 50 nəfərlə danışıqlar aparılır: “Sakinlərə 1500 manatdan kompensasiya və ev təklif olunur. Söküntünün aparılmasının isə iş saatına dəxli yoxdur”.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31