 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 14:08 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 199 dəfə |
Like : |
|
Like : |
|
|
Hadisələr müxtəlif yerlərdə qeydə alınıb
Azərbaycanda bir gündə 3 nəfəri maşın vurub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisələr müxtəlif yerlərdə qeydə alınıb. Şəmkir rayonu ərazisində Şəmkir rayon sakini Fazil Əliyev idarə etdiyi “VAZ-21074” markalı avtomaşınla İlham Rüstəmovu vurub. Nəticədə İ.Rüstəmov hadisə yerində ölüb. Gəncə şəhəri ərazisində Göygöl rayon sakini Azad Abdullayev idarə etdiyi “KamAZ” markalı avtomaşınla Gəncə şəhər sakini Adil Yusifovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Yusifov orada ölüb. Sumqayıt şəhəri 26-ci məhələnin ərazisində şəhər sakini İlqar Süleymanov idarə etdiyi “OKA” markalı avtomaşınla Ofelya Əliyevanı vurub. O.Əliyeva hadisə yerində keçinib.
7GUN.AZ
|