Valyutadəyişmə məntəqəsinin sahibini qətlə yetirənlər həbs olundular

Şrift : |
Tarix :4-11-2011, 15:42
Bölmə : Hadisə
Kömək :    
Baxılıb : 233 dəfə
Like :
Like :

    Onlar İlyas Vahabovu üzərindəki xeyli miqdarda pulu ələ keçirmək üçün öldürüblər

    Məlum olduğu kimi, bu ilin sentyabrın 19-da, saat 21.30 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 11/5, mənzil 23-də yaşamış 1966-cı il təvəllüdlü Vahabov İlyas Abbas oğluna yaşadığı binanın qarşısında naməlum şəxslər tərəflndən bıçaqla qətlə yetirildi. Sentyabrın 20-də isə Sumqayıt şəhər prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıldı.
    Respublika Baş Prokurorluğundan 7GUN.AZ portalına verilən məkumata görə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Baş Prokurorluğun, Sumqayıt şəhər prokurorluğu və Sumqayıt şəhər Polis İdarəsinin birgə həyata keçirdikləri intensiv, təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ağır cinayəti törədən şəxslərin kimliyi məlum olub. Onlar, Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Səlimbəyli Vaqif Etibar oğlu və 1993-cü il təvəllüdlü Əbilov Anar Cavanşir oğludurlar.
    İstintaqla müəyyən edilib ki, Vaqif Səlimbəyli İlyas Vahabovun işlədiyi valyutadəyişmə məntəqəsindən evinə gedərkən üstündə pul apardığını biliblər. Onlar pulu ələ keçirib aralarında bölüşdürmək üçün birgə razılığa gəliblər və sentyabrın 19-da saat 21:30 radələrində İlyas Vahabovun yaşadığı ünvana gələrək pusquda dayanıb onu gözləyiblər.
    Mərhum dalana daxil olarkən Vaqif Səlimbəyli özü ilə gətirdiyi və silah qismində istifadə etdiyi bıçaqla İ.Vahabova dalbadal iki zərbə vurub. Aldığı xəsarətlərdən İ.Vahabov ertəsi gün xəstəxanada ölmüşdür.
    Vaqif Səlimbəyli və Anar Əbilov törətdikləri hərəkətlərə görə Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
    Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31