 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 20:41 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 185 dəfə |
Like : |
|
Like : |
|
|
Ərinin seksual xarakterli hərəkətləri barədə polisə məlumatı azyaşlıların anası verib
Xaçmazın Aslanoba kəndində tükürpədici hadisə baş verib. Xaçmaz rayon Polis şöbəsinin müstəntiqi Xəyyam Rüstəmovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, onlara Aslanoba kənd sakini 39 yaşlı Mehman Mail oğlu Qocayevin 10 və 11 yaşlı qızlarına təcavüz etməsilə bağlı məlumat daxil olub. Polisə müraciət edən Mehman Qocayevin həyat yoldaşı Şəfiqə Qocayeva olub.
Belə ki, Şəfiqə Qocayeva ərinin qızlarına qarşı seksual xarakterli hərəkətlər etdiyindən şübhələnib. Sonradan o ərini dəfələrlə qızlarla birlikdə yaxalayıb. Bundan sonra onun barəsində polisə müraciət edib.
Araşdırmalar zamanı şübhələr öz təsdiqini tapıb. Məlum olub ki, "ata" dəfələrlə qızlarına qeyri-təbii yolla seksual xarakterli zorakılıq hərəkəti edib. Qeyd edək ki, faktla bağlı Mehman Qocayev şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 150.3.3 seksual xarakterli hərəkətetmə maddəsilə cinayət işi qaldırılıb.
|