 |
Şrift : |
|
 |
Tarix : | 13-12-2011, 21:05 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 139 dəfə |
Like : |
|
Like : |
|
|
Onun meyiti metronun “Sahil” stansiyasının yaxınlığından tapılıb
Bakıda gənc qız müəmmalı şəkildə ölüb. Səbail rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi 16 ünvanında, metronun “Sahil” stansiyasının yaxınlığında 22-25 yaşlı qadın meyiti tapılıb. Meyit ekspertizaya göndərilib. Gənc qadının hansı şəraitdə ölməsi barədə isə ətraflı məlumat yoxdur.
Digər məlumata görə, əməliyyatçılar artıq naməlum qadın meyitinin kimə məxsus olmasını aydınlaşdırıb. Lakin hadisənin hansı şəraitdə, nə səbəbdən baş verməsi məlum olmadığından ad istintaq sirri kimi gizli saxlanılır. Lakin əldə etdiyimiz məlumata görə, ölən və ya öldürülən qadın yüngül həyat tərzi keçirirmiş, təxminən 1 ay əvvəl həbsdən çıxıbmış.
Qeyd edək ki, hazırda qadının narkotik vasitənin təsirindən, bədbəxt hadisədən və ya digər səbəblərdən dünyasını dəyişməsi ehtimalları araşdırılır.
|