Məhbus xanımı Litvada aksiya keçirib

Şrift : |
Tarix :14-01-2019, 03:02
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 72 dəfə
Like :
Like :

    Aksiyada Mehmana və digər siyasi məhbuslara azadlıq tələb olunub

    Həbs olunan azərbaycanlı mühacir Azad Həsənovun xanımı Təranə Həsənova həm öz həyat yoldaşına telefon danışığının və görüşün icazə verilməməsinə, həm də, Mehman Hüseynova dəstək üçün Litvada Azərbaycan səfirliyi önündə aksiya keçirib.

    Bu barədə Meydan TV-yə Litvada yaşayan azərbaycanlılar məlumat verib.

    Aksiyada Mehmana və digər siyasi məhbuslara azadlıq tələb olunub.

    "Azad Həsənov haqsız yerə həbs olunub, ona qarşı ittihamlar yalandır. İndi mənasız məhdudiyyətlər qoyurlar ona. Nə telefonla danışmağa icazə verilir, nə də görüşməyə. Vəkilin müraciətinə məhəl qoyulmur. Təranə Həsənova deyir ki, bütün haqsızlıqlara etiraz olaraq Azad Həsənov aclıq aksiyasına başlayıb. Aclıq aksiyası ilə o, həm də Mehman Hüseynova dəstək olduğunu göstərir. "Son vaxtlar siyasi məhbuslara təzyiqlərin artması, onların karsa salınması, məhbusun cəzasının bitməsinə sayılı günlər qalmış qondarma ittihamla həbsi uzatmaq bir daha sübüt edir ki, diktator İlham Əliyev və onun komandası əslində bu insanlardan çox qorxur”, – məlumatda deyilir.

    Litvada siyasi mühacir həyatı yaşayan Azad Həsənov ötən ilin oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Bakıya gəlib.

    Sərhədi problemsiz keçən A.Həsənov oktyabrın 11-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

    O, Müsavat Partiyasının üzvüdür. Partiya onun saxlanılması ilə əlaqədar olaraq oktyabrın 12-də bəyanat yayıb.

    Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir.

    Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır. İttiham sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

    Mehman Hüseynov aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

    Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

    Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

    Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib. Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!