Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları məhkəmə qarşısına çıxarılıb


Dünən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları bu gün məhkəmə qarşısına çıxarılıb.

Xatırladaq ki, dünən Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında "AXCP-nin qanunsuz maliyyələşdirilməsi" işi üzrə məhkəmə prosesi ilə əlaqədar yığışan 12 AXCP fəalı saxlanılıb.

Sonradan 7 nəfər sərbəst buraxılıb.

Bu gün Nəsimi Rayon Məhkəməsi Nicat Abdullazadəni və Emil Səlimovu 20 gün inzibati həbsə məhkum edib, Nicat Nizamov, Şəmistan Həziyev və Emin Məniyev isə hər biri 200 manat cərimə olunub, xəbəri AXCP-dən veriblər. Onlar hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə təqsirli biliniblər.

Hüquq-mühafizə orqanları sözügedən AXCP fəallarının saxlanılması ilə bağlı şərh vermir.

16-01-2019, 01:45