''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Şrift : |
Tarix :17-01-2019, 02:16
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 70 dəfə
Like :
Like :

    AXCP funksioneri ona işgəncə verildiyini bildirib

    Bakı Ağır Cinayətlər Məhkəməsində işlərinə baxılan AXCP Rəyasət Heyətinin üzvləri Babək Həsənov, Aqil Məhərrəmli, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli, Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli özlərini təqsirli bilməyiblər.

    Azadlıq Radiosunun məlumatına görə, ittihamda təqsirləndirilən şəxslərlə yanaşı, AXCP sədri Əli Kərimli, "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, partiya fəallarından Eltac Əlisoy və başqalarının adları hallanır. Onların mütəşəkkil dəstə yaradıb, cinayət yoluyla əldə olunan pulları leqallaşdırdıqları iddia olunur.

    İttihama əsasən, Saleh Rüstəmli qardaşı oğlu və digər təqsirləndirilən şəxslər vasitəsilə pullar göndərib. İttihamda ümumilikdə 770 min manatdan söhbət gedir. Saleh Rüstəmli və qardaşı oğluna əlavə narkotik ittihamı da verilib.

    İttiham olunanlardan yalnız Babək Həsənov ifadə verib. O, bildirib ki, taksi fəaliyyətilə ailəsini dolandırır. Mayın 25-də metronun "Nərimanov” stansiyasının yaxınlığındakı binalardan birinin həyətində sərnişini düşürəndən sonra iki maşından düşən 7-8 nəfər mülki geyimli ona hücum edib.

    Dörd nəfər avtomobilə daxil olaraq, onu çıxarıb, öz maşınlarından birində əyləşdirib. Bir qədər gətirəndən sonra metronun yaxınlığında təxminən 15 dəqiqə saxlayıb, kiminləsə danışıblar. Sonra deyilib ki, Yeni Günəşli qəsəbəsinə - yaşadığı evdə axtarış aparmağa gedirlər:

    "Mənim maşınımı da başqa biri sürürdü. O maşın indi də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyətindədi. Günəşliyə çatanda qəsəbənin müxtəlif yerlərində 10-15 dəqiqə dayandılar. Yenə kimlərləsə danışırdılar. Mən etiraz edirdim ki, vəkil olmasa, axtarışa imkan verməyəcəm. Günəşlidə bir xeyli vaxt keçirəndən sonra məni idarəyə gətirdilər. Sonradan bilmişəm qəsəbədə vaxt keçirdikləri müddətdə bizim evdə axtarış gedibmiş”.

    Babək Həsənovun sözlərinə görə, idarədə ondan telefonunu açmaq üçün kodu istəyiblər, o isə verməkdən imtina edib. Deyib ki, ancaq vəkilinin iştirakıyla telefonuna baxış keçirilməsinə icazə verəcək:

    "Məni bir otağa apardılar, 7-8 nəfər mülki geyimli vardı. Bir-birini adlarıyla çağırmırdılar ki, bilməyək. Otaqda xüsusi işgəncə aparatları vardı. Əllərimi qandallamışdılar, biri baş barmaqlarıma "şnur” bağladı. Dedilər ki, "sənə göstərəcəyik burada kodu verməmək, danışmamaq necə olur”. Bunlara göstəriş verənlərdən biri müstəntiq Sənan Paşayev idi”.

    "Tok buraxan kimi yıxıldım"

    Babək Həsənov deyir ki, ikinci qrup Qarabağ əlili, onurğasında problem olduğunu həmin vaxt onlara deyib. Amma nəzərə almayıblar. Barmaqlarına bağlanan naqilə cərəyan buraxıblar:

    "Tok buraxan kimi yıxıldım, bir nəfər ayaqlarımın, biri də belimin üstünə çıxdı. Eyni zamanda, hərəsi təxminən 3 dəqiqə olmaqla, 5 dəfə tok verdilər. Hər dəfəsindən sonra soruşurdular ki, danışacaqsan? "Yox” cavabından sonra davam etdirirdilər. Axırıncıdan sonra biri dedi ki, "toku artırın, qoy ürəyi partlasın”. Artıranda sanki beynim, damarlarım dağılırdı. Ona görə məcbur olub telefonun kodunu verdim...”.


    Təqsirləndirilən AXCP funksioneri deyir ki, Vidadi Rüstəmlidən zərfin içində pul alıb Əli Kərimliyə çatdırması, həmin vəsaitlərin partiyanın maliyyələşməsinə sərf olunması barədə ifadələrə də işgəncə altında imza atıb:

    "Saleh Rüstəmlini ilk dəfə Cəmil Həsənlini Gədəbəyə deputat yoldaşı Nizami Quliyevin övladının toyuna aparanda orada görmüşəm, heç kim olduğunu da bilməmişəm. Vidadi Rüstəmli ilə üç dəfə görüşmüşəm. Zəng eləyib, 500, 600 və 500 olmaqla, cəmi 1600 manat üç dəfə pul götürüb Əli Kərimliyə çatdırmışam. Vəssalam”.

    Babək Həsənov əlavə edib ki, ona verilən işgəncələrlə bağlı şikayətini yerli məhkəmələr təmin etməyib və iş hazırda Avropa Məhkəməsindədir.
    Məhkəmə yanvarın 22-də davam edəcək.

    Xatırlatma

    AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri R.Nəsirli və Nərimanov şöbəsinin sədri B.Həsənov mayın 25-də saxlanıblar. Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli isə daha əvvəl həbs edilmişdi.

    Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb.

    Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.

    İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələriylə cinayət işi başlanıb. İttihamlar sübut edilərsə, onlara 12 ilə qədər həbs cəzası verilə bilər.

    AXCP sədri Əli Kərimli ittihamı rədd edərək "qurama iş” adlandırıb. Bildirib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdular. Dostu olaraq da bir neçə dəfə ona yardım edib. Əli Kərimlinin sözlərinə görə, Saleh Rüstəmlinin ona göndərdiyi maddi yardım ümumilikdə 5-6 min manatdan çox olmayıb.

    Meydan.Tv


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!