"Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb" - Q.Paşayeva

Şrift : |
Tarix :18-01-2019, 02:59
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 44 dəfə
Like :
Like :

    "Autizmdən, depresiyyadan əziyyət çəkənlərin sayı artır. Son illər autizm xəstəliyi çox təhlükləli bir hal alıb. Bu xəstəliyin daşıyıcısı olan insanların, uşaqların sayı ildən-ilə artmaqdadır. Bu, hər birimizi çox ciddi şəkildə narahat edir və düşündürür".

    7GUN.az modern.az-a istinadla xəbər verir ki, bunu Milli Səhiyyə komitəsinin iclasında deputat Qənirə Paşayeva deyib.

    Q.Paşayevanın sözlərinə görə, ailələr, valideynlər tərəfindən demək olar ki, hər gün ona və digər millət vəkillərinə bununla bağlı çoxsaylı müraciətlər daxil olur:

    "Hər gün bununla bağlı müraciətlər alırıq. Bu, çox ciddi, təhlükəli bir hədd alıb. İnsanlar, valideynlər övladlarının taleyindən, sağlamlığından ciddi narahatdırlar. Bu, adi bir xəstəlik deyil, böyük bir bəladır. Ona görə hesab edirəm ki, həm bu xəstəliklə bağlı ayrıca qanun layihəsinin hazırlanıb, qəbul olunmasına, həm də bu istiqamətdə ictimai dinləmələrin təşkil edilməsinə ciddi ehtiyac var. Bu insanlara, autizmdən əziyyət çəkənlərə diqqət daha da gücləndirilməlidir".

    Komitə üzvü antibiotiklərin satışı və istifadəsi məsələsinə toxunub.

    "Çox təəssüflər olsun ki, son illər antibiotiklərdən istifadə edənlərin sayı çoxalıb, xüsusilə də, uşaqlara daha çox antibiotiklər verilir. Özü də çox zaman heç bir həkim məsləhəti, həkim resepti olmadan insanlar, valideynlər istədikləri apteklərdən antibiotiklər alır və istifadə edirlər.

    Daha çox da uşaqlara bu antibiotiklər verilir. Hesab edirəm ki, bu, çox təhlükəli və qorxulu bir məsələdir. Çünki bunlar gələcəkdə uşaqların eşitməsində, görməsində fəsadlar törədə bilər. Ona görə antibiotiklərin satışı, istifadəsi məsələsi ciddi diqqətə, nəzarətə alınmalıdır, bu məsələdə özbaşınalığa son qoyulmalıdır və həm də qanunvericiliyin müddəaları sərtləşdirilmlədir".

    Q. Paşayeva eyni zamanda cəmiyyətdə, insanlar arasında deprsessiya hallarının artmasından narahatlığını bildirib və bu məsələ ilə də bağlı ictimai dinləmələrin keçirilməsinin vacibliyini sözlərinə əlavə edib.


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!