Polad Aslanovun hüquqlarının müdafiə komitəsi yaradlıb

Şrift : |
Tarix :15-06-2018, 21:22
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 241 dəfə
Like :
Like :

    Hüquqlarinin müdafiə komitəsinin sədri Samir Zeynalov: Azərbaycan Respublikasının Müdafiə Naziri Cənab Zakir Həsənovu, Naxçıvan Ali Məclisinin Sədri Cənab Vasif Talıbovu və Naxçıvan ƏÜQO-un Komandanı Cənab Kərəm Vəliyevi Polad Aslovana qarşı gerçəkləşən bu qanunsuzluqların aradan qaldırılmasına həssas yanaşmağa çağırırıram.

    7GUN.az saytı Azerbaycanrealligi.com saytina istinadən xəbər verir ki, jurnalist Polad Aslanovun Hüquqlarının Müdafiə Komitəsi Yaradıldı. bu haqqda İctimai Vəkil Samir Zeynalov özünün facebook səhifəsində məlmat paylaşıb

    Xeberman.com saytının baş redaktoru, 29 yaşlı Polad Aslanov 19.04.2018-ci il tarixdən etibarən qanunsuz və aşkar özbaşınalıq şəraitində Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissəyə həqiq hərbi xidmət keçməyə aparılıb. Hüquqları ciddi şəkildə bu gündə pozulan Polad Aslanovun sağlamlıq durumu birmənalı olaraq qeyd edirəm ki, hərbi xidmət keçməyə yararlı deyil. İlk dəfə ərazi aidiyyatı üzrə Nərimanov rayon hərbi komissarlığında hərbi həkim komissiyasının onun haqqında verdiyi rəy həqiqətən onun hərbi xidmətə yararsız olduğu təsdiq etmiş, o sülh dövrü üçün yararsız müharibə dövrü məhdud yararlı çağrışçı statusu qazanmışdır. Kəskin qan təzyiqli ürək- damar xəstəliyindən əziyyət çəkən, xüsusilə çəkisi 41 kg olan Polad Aslanov məcburi şəkildə hərbi xidmət aparıldıqdan sonra səhhəti hərbi hissədə daha da ağırlaşmış, nəticədə o, müayinə və müalicə üçün hərbi hospitala yerləşdirilmişdir. Diaqnostik müayinənin nəticəsində Polad Aslanova yeni " Kəskin Bronxit" diaqnozu qoyulmuşdur. Lakin onun müalicəsinin aparılması əvəzinə ona hələ tibb məntəqəsində mənşəyi bilinməyən, daha dəqiq desək çəkisinin süni sürətdə qaldırılması üçün müəyyənləşən iynələr vurulmuşdur. Məhz həmin iynələrdən sonra onun ifrazat problemləri yaranmışdır. Bununla belə müalicəsi yetərli sayılmış Polad Aslanov hərbi hospitaldan buraxıldıqdan sonra dərhal yenidən hərbi hissəyə gətirilmişdir. Onun hüququ hərbi xidmət keçmə ilə bağlı ərazi qaydalarına uyğun olaraq bu baxımdan da pozulmuşdur. Çünki NMR-da hərbi xidmət keçən digər hərbi qulluqçular üçün belə vəziyyətdə 10 günlük NMR-ın ərazisində əlavə istirahət imkanı tanınır. Lakin göründüyü kimi Polad Aslanova yad münasibət bəslənilmişdir. Sanki o, bu ölkənin vətəndaşı, bu torpağın övladı deyil ələ keçirilmiş və əsir kimi saxlanılan düşmən hərbi qulluqçusudur. Belə olmasa idi, üstəlik digər ailəli hərbi qulluqçulara bu günkü Ramazan bayramı ilə bağlı verilən 5 günlük məzuniyyətdən istifadə etmək fürsəti onun üçün də tanınardı.

    Amma Polad Aslanovun həyatı təhlükədə olması ilə bərabər hüquqları da tapdaq altında, blokada şəraitindədir. "HƏRBİ XİDMƏT KEÇMƏK HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU", həmçinin "HƏRBİ HƏKİM EKSPERTİZASININ TƏŞKİLİ QAYDALARI İLƏ BAĞLI NAZİRLƏR KABİNENTİNİN TƏSDİQ ETDİYİ ƏSASNAMƏYƏ" uyğun olaraq Polad Aslanov dərhal hərbi xidmətdən sağlamlığının yararsız olması baxımından təxris olunmalıdır. Buna baxmayaraq aidiyyatı qurumlara edilən müraciətlər hələ də cavabsız qalmaqdır.

    Tərəfimizdən tərəddüdsüz olaraq qeyd edilir ki, onun hazırkı vəziyyətinin əsas qidalandırıcı mənbəyi onun peşə fəaliyyətidir. Qərəzsiz, vicdanlı, haqqsevər, dövlətçi və vətəpərvər jurnalist olaraq korrupsioner vəzifəli şəxslərin əməllərini ifşa etdiyinə görə o, qərəzli və prinsipial şəkildə hazırkı məhrumiyyətə məhkum edilib. Bir azyaşlı övladı olan Polad Aslanovun həyatı təhlükədədir. Onun hərbi xidmət keçməsi sağlamlıq imkanlarının məhdudluğu baxımdan məqsədə müvafiq deyil.

    Azərbaycan Respublikasının Müdafiə Naziri Cənab Zakir Həsənovu, Naxçıvan Ali Məclisinin Sədri Cənab Vasif Talıbovu və Naxçıvan ƏÜQO-un Komandanı Cənab Kərəm Vəliyevi Polad Aslovana qarşı gerçəkləşən bu qanunsuzluqların aradan qaldırılmasına həssas yanaşmağa çağırırıram.


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!