Bakı Apellyasiya Məhkəməsi Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayıb

Şrift : |
Tarix :7-02-2019, 04:11
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 26 dəfə
Like :
Like :

    Bakı Apellyasiya Məhkəməsi jurnalist Anar Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayan rayon məhkəməsinin qərarını dəyişməyib.

    Rayon məhkəməsinin jurnalist barəsində çıxardığı qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Bu haqda jurnalistin özü məlumat verib.

    Jurnalistin deməsinə görə, şikayətə hakim Faiq Qasımovun sədrliyi ilə onun və vəkillərinin iştirakı olmadan baxılıb. Məhkəmə A.Məmmədovun ölkədən çıxışına qadağa qoyulmasını qanuni sayıb.

    A.Məmmədov iş üzrə ölkədaxili müdafiə vasitələrinin tükəndiyini, Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.

    Criminal.az saytının redaktoru olan A.Məmmədovun ölkədən çıxışına 2018-ci ildən "stop" qoyulub. O, bunu qanunsuz hesab edir, peşə fəaliyyətinə görə, ayrı-seçkiliyə məruz qaldığını bildirir.

    2013-cü ildən bəri Azərbaycanda 10-dan çox jurnalistin ölkədən çıxışına qadağa qoyulub. Onlardan bəziləri bundan məhkəməyə müraciət ediblər. Ancaq yerli məhkəmələr həmin şikayətlərin əksəriyyətini təmin etməyib. Şikayəti təmin olunmayan jurnalistlərdən 9-u Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) üz tutublar. AİHM-ə şikayətçi olan jurnalistlər Natiq Cavadlı, Xədicə İsmayıl, Aynur İmranova, Gülər Mehdizadə, İzolda Ağayeva, Aynura Heydərova, Aytən Ələkbərova, Aynur Qənbərova və Aytac Əhmədovadır.

    AİHM həmin şikayətlərdən bəzilərinə baxıb və jurnalistlərin hüquqlarının pozulduğu haqda qərar verib.
    /Turan/


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!