AXCP-nin iki fəalı həbs edilib


Ötən gün Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında saxlanılmış AXCP fəalları Mahir Rüstəmli və Hidayət Rəsulzadə inzibati qaydada 15 sutka həbs edilib.

AXCP-nin məlumatına görə, onlar xırda xuliqanlıq törətməkdə təqsirli biliniblər.

Xatırladaq ki, fevralın 11-də beş nəfər AXCP fəalı digər AXCP üzvü, 30 sutka həbs olunmuş Zahir Məmmədliyə dəstək olmaq üçün Sumqayıt Apellyasiya Məhkəməsinin qarşısında toplaşıblar.

Saxlanılan şəxslərdən üçünü buraxıblar, ikisi bu gün Sumqayıt Şəhər Məhkəməsinə çıxıb.

AXCP fəalların siyasi motivlərlə təqib olunduğunu bildirir.

12-02-2019