Apellyasiya Məhkəməsi AXCP sədrinin müşavirini azad edib

Şrift : |
Tarix :12-02-2019, 23:16
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 31 dəfə
Like :
Like :

    AXCP sədrinin müşaviri Məmməd İbrahim bu gün məhkəmə zalından azadlığa buraxılıb. Bu qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib. Məhkəmə M.İbrahimi həbsxanada qadağan olunmuş əşya saxlamaqda təqsirli bilərək həbs müddətinin 5 ay uzadılması ilə bağlı Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2019-cu il hökmündən verilmiş şikayəti qismən təmin edib.

    Bakı Apellyasiya Məhkəməsi həbs müddətini 4 ay və 16 günədək azaldaraq onu məhkəmə zalında azad edib.

    Vəkil Cavad Cavadov bildirib ki, müdafiə tərəfi bəraət verilməsinə təkid edib, lakin şikayət qismən təmin olunub.

    Müdafiə tərəfi M.İbrahimin tam reabilitasiyası üçün mübarizəni davam etdirəcək.

    Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. Həbs müddətinin bitməsinə bir gün qalmış ona qarşı yeni ittiham irəli sürülüb. Bu dəfə həbsxanada yatağında qadağan olunmuş əşya - bıçaq tiyəsi saxlamaqda günahlandırılıb. M.İbrahim ittihamı rədd edib.

    Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

    /Turan/


Xəbər lenti

Biz Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) olaraq hər iki işin araşdırılması istiqaməyində fəalliyyətə başlamışıq

“Daha bir körpə həkim səhvinin qurbanına çevrildi”

“Sərhədsiz Reportyorlar” Mustafa Hacıbəylinin barəsində hökmü pisləyib

Azərbaycan QHT-lərin hüquqlarının pozulduğu ölkələr sırasındadır

Bərdə polisləri ilə maşın oğrusunu nə bağlayır?

Beyləqanın icra başçısından absurd asfalt fırıldağı

Harlem Dezirdən Azərbaycan hakimiyyətinə çağırış

Kollecdə “hökumət dəyişikliyi”

Pirallahı rayonunda problemlər

Enerji içkiləri hətta cinsi zəifliyə və sonsuzluğa səbəb olur

Mingəçevirdə bağçaların mövcud vəziyyəti

Araşdırmalarımız davam edir

Müşfiq Rəhimov məhkəməyə hörmətsizlik edir

Hava pisləşəcək, sulu qar yağacaq

Milli Şura fevralın 23-nə mitinq təyin etdi

Ölkə prezidenti Britaniya baş nazirinin ticarət nümayəndəsini qəbul edib

Şərafət Əliyev, “od olmayan yerdən tüstü çıxmaz”! -VİDEO

Uşaq bağçalarında və uşaq evlərində acınacaqlı vəziyyət mövcuddur

Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?

Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev niyə toxunulmazdı?

Cavid Qurbanov insanları intihara sürükləyən qumar şirkətinin tək sahibi oldu ?

Gömrük şefi ictimai rəyi yayındırmağa çalışır

Ağsu rayonunda əhali su əvəzinə qaz içir?

Təqvim

«    Fevral 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!