"Danışılqar prosesinin formatı məlumdur və onun dəyişdirilməsi müzakirə obyekti ola bilməz" H.Hacıyev

Şrift : |
Tarix :28-02-2019, 02:51
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 83 dəfə
Like :
Like :

    Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar formatı bəllidir, formatın dəyişdirilməsi müzakirə mövzusu deyil və ola da bilməz. Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yerevanın danışıqlar prosesində Dağlıq Qarabağ təmsilçilərinin iştirakına nail olacağı ilə bağlı Ermənistanın baş naziri N.Paşinyanın bəyanatını şərh edərkən bildirib.

    "Ermənistan rəhbərliyinin danışıqlar prosesinin formatının dəyişdirilməsi barədə iddiaları qəsdən danışıqları dalana salmaq və danışıqlar prosesini pozmaq cəhdlərindən başqa bir şey deyil. Buna görə məsuliyyət tam şəkildə Ermənistan tərəfinin üzərinə düşür", - H.Hacıyev deyib.

    "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqiəsinin nizamlanması ilə bağlı danışılar prosesinin formatı məlumdur və onun dəyişdirilməsi müzakirə obyekti ola bilməz. Danışıqlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılır", - H.Hacıyev bildirib.

    "Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında üç təmasın olması, həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında dörd görüşün keçirilməsi danışıqların mövcud format əsasında aparılmasının bariz nümunəsidir", - H.Hacıyev vurğulayıb.

    Ötən gün Tehranda N.Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda qanunsuz rejimin təmsilçilərinin danışıqlar prosesində iştirakına nail olacaq.

    "Danışıqlar prosesində bizim hökumətin prioritet vəzifələrindən biri Qarabağın subyektliyinin artırılmasıdır. Azərbaycan prezidenti ilə görüş olmalıdır. Bu görüşün gündəliyi olmayacaq, ancaq onun əsas istiqaməti danışıqlar formatının müzakirəsi olacaq", - o qeyd edib.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!