Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Şrift : |
Tarix :5-03-2019, 03:55
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 73 dəfə
Like :
Like :

    Bloger Mehman Hüseynov bugünkü mətbuat konfransında koloniyada ona qarşı törədilmiş təxribatın təfərrüatları haqda danışıb. Onun sözlərinə görə, yeni cinayət işini gözləyirdi, ancaq bu cür "çirkin" formada olacağını düşünmürdü. "Cəza müddətinin başa çatmasına iki ay qalmış məni koloniya polisini döyməkdə ittiham etdilər", - bloger bildirib. Onun sözlərinə görə, əslində heç bur insident olmamışdı.

    M.Hüseynovu karserə salıblar, prokurorluq nümayəndələri bildiriblər ki, ona qarşı yeni iş açılır və onu 7 ildən 12 ilədək həbs cəzası gözləyir.

    "Bilirdim ki, əvvəllər də digər siyasi məhbuslara qarşı belə təxribatlar olub. Həbs müddəti başa çatmazdan öncə yeni ittihamlar irəli sürüblər və onları yenidən mühakimə ediblər. Odur ki, mən dərhal bildirdim ki, quru aclığa başlayıram. Ya ittiham götürüləcək, ya da öləcəyəm", - M.Hüseynov deyib.

    Aclıq dekabrın 26-da başlayıb. Dekabrın 30-da blogerin halı pisləşib və o, az qala huşunu itirib. "Bildirdilər ki, mənə məcbur yemək verəcəklər. Ancaq o vaxta qədər mənim aksiyam ilkin nəticəsini vermişdi. Ona görə də su qəbul etməklə aksiyanı davam etdrdim", - bloger bildirib. Yanvarın 7-dək bu cür davam edib. Bundan sonra ancaq maye süd məhsulları qəbul edib.

    Penitensiar Xidmətin onun adından yaydığı müraciətə toxunan bloger deyib ki, müraciətin birində Mehman bildirib ki, siyasi mühacirətdə olan qardaşının hərəkətinə görə məsuliyyət daşımır. "Biz eyni prinsipləri paylaşa bilərik, bir-birimizi müdafiə edə bilərik, ancaq hər kəs öz hərəkətinə görə məsuliyyət daşıyır", - o deyib.

    Prezident İlham Əliyevin adına olan ikinci müraciətə gəlincə, Mehmana təklif edilib ki, nəzarətçi ilə insident baş verdiyini yazsın, peşman olduğunu, barışmaq istədiyini bildirisn. "Mən belə müraciəti imzalamaqdan imtina etdim", - bloger qeyd edib.

    Sonda hazırlanan müraciətdə onun günahsız olduğu bildirilib və işə obyektiv baxılması xahiş edilib.

    Bir qrup hökumətyönlü fəalın Mehmana baş çəkməsinə və blogerin şikayətinin olmaması barədə informasiyaya gəlincə, M.Hüseynov deyib ki, bu görüşdə o, ittihamın saxtalaşdırılmasından, onun və digər siyasi məhbusların azadlığa buraxılmasının vacibliyindən danışıb.

    O qeyd edib ki, yeni cinayət işilə bağlı ittihamın onun üzərindən götürülməsi Azərbaycan xalqının, vətəndaş cəmiyyəti fəallarının, müxalifətin, etiraz aksiyaları və sosial şəbəkələrdə kampaniya iştirakçılarının fəal mövqeyi sayəsində mümkün olub.

    Eyni zamanda o, dəstəyə görə beynəlxalq ictimaiyyətə, ABŞ Konqresi üzvlərinə, Avropa Parlamentinə və digər qurumlara öz təşəkkürünü bildirib.

    M.Hüseynov qeyd edib ki, bloger işini, jurnalistlərin və media hüquqların müdafiəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

    * Mehman Hüseynov 2017-ci il martın 3-də polisə böhtan atmaq ittihamı ilə həbs olunub. Buna Nəsimi polisində işgəncələrə dair bəyanatı əsas olub.

    Amnesty İnternational beynəlxaq hüquq-müdafiə təşkilatı onu "vicdan məhbusu" kimi tanıyıb. Dekabrın sonlarında blogerə qarşı koloniya əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli ictimaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azad etməyə çağırıb. Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib.


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!