"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Şrift : |
Tarix :9-03-2019, 03:33
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 44 dəfə
Like :
Like :

    "Mən KXCP-nin Ali Məclis üzvü kimi etiraf etməyi özümə borc bilirəm ki, bu gün partiyamızın sosial bazası tənəzzül etməkdə davam edir" -Şirin Cəfəri

    KXCP Ali Məclisinin üzvü, Gündəmxəbər qəzetinin rəhbəri tanınmış jurnalist Şirin Cəfəri üzv olduğu Klassik Xalq Cəbhəsi Partiyasında baş verən proseslərə münasibət bildirərək, KXCP-nin fəaliyyətindən narazılığını ifadə edib:

    "Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur. Bu ifadəmə görə, hər kəsin fikirinə hörmətlə yanaşacam. Bildirmək istədiyim fikir ondan ibarətdir ki, 1993-cü ildən sonra milli hökumətin bitməyən mübarizəsinin qarşısını alan kim və kimlər oldu. Konkret olaraq təmsil olduğum KXCP-nin fəaliyyətsizliyindən narahatam.

    Hər kəs bilir ki, 2000-ci ildən sonra AXCP daxilində böyük gərginlik yaşandı və Partiya iki hissəyə bölündü. Bunun da səbəbkarı təbii ki, mövcud hakimiyyət oldu. Yəqin ki, cəbhəçi partiyadaşlarımız heç nəyi unutmayıb. Ona görə unutmayıb deyirik ki, "Klassiklər" və "Islahatçılar" iki yerə bölünəndə, 80% Elçibəyçilər KXCP-nin qurultayında iştirak etdilər. Həmin qurultayda Əbülfəz Elçibəyin varisi olaraq, Mirmahmud Mirəlioğlu yektinliklə səs toplayıb sədr seçildi. Ana müxalifətin 3 gün gərginliklə keçirilən qurultayı bütöv Azərbaycana ümid vermişdi ki, xalq öz müqəddaratına qovuşacaq. Həmin qurultayda sədr seçilən M. Mirəlioğlu öz çıxışında cəbhəçilərə bəyan etdi ki, ''mən Elçibəyin ayaqqabısını geyinə bilərəm, amma onun yerişini yeriyə bilmərəm'' fikirini səsləndirərək etiraf etdi. Bu fikiri biz cəbhəçilər təbii qarşıladıq və partiyamızın bu duruma düşəcəyini ağlımıza belə gətirmədik.

    Şirin Cəfəri KXCP sədri Mirmahmud Mirəlioğlunun daha partiya sədrliyinə namizəd olmayacağı ilə bağlı dediyi fikirlərə də münasibət bildirib:

    "Fikirlərinə və şəxsiyyətinə hörmət etdiyim Mirmahmud bəy KXCP-nin sonuncu qurultayında çıxış edərək bildirmişdi ki, ''bu mənim sonuncu qəbul etdiyim sədrlikdir. Növbəti dəfə bu postun estafetini gənclərə ötürməliyik.'' Bəli, hörmətli sədrimiz öncə görməsi ilə, öz mesajını bu günümüzə ötürdü. İndi isə baxaq görək KXCP növbəti qurultayda sədr postuna öz alternativ namizədini hazırlayıbmı?

    Partiyada kifayət qədər gənc və yüksək potensiallı insanlar var. Hesab edirəm ki, partiyanın inkişafı naminə Mirəlioğlu liderliyini təmin etməklə, sədrlik estafetini gənclərə ötürəcək və partiyanın üzvüləri inkişafa doğru addımlarını atacaqlar. Mən KXCP-nin Ali Məclis üzvü kimi etiraf etməyi özümə borc bilirəm ki, bu gün partiyamızın sosial bazası tənəzzül etməkdə davam edir. Bunun yeganə çıxış yolu partiya daxili islahatlara start verilməsidir. Bu mövzuda partiya rəhbərliyini tənqid edən Oktay Gülalıyevin və Elşən Əlisoyun da fikirlərinə hörmətlə yanaşıram. Əgər prtiyanın inkişafına səmimi yanaşanlar vardırsa, buyurub yaxından işştirak etsinlər. Bəylər, Gəlin ''yatmış divi oyadaq''...


Xəbər lenti

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Kolbasa və sosislərin 1001 dərdi - VIDEO

Oktay Gülalıyev Mirmahmud Mirəlioğlunu “təriflədi”

Vilyam Hacıyevdən İlham Əliyevə şikayət olundu

Miroslav Layçak Azərbaycana gəlib

Mehman Hüseynov dəstəyə görə ictimaiyyətə təşəkkür edir

Müsavatın yürüş-mitinqinə icazə verilməyib

AXCP fəalı naməlum şəxslər tərəfindən ona təzyiq göstərildiyini bildirir

“Bakıelektroştamp” ASC-i kim çökdürüb?

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!