Polis müdaxiləsi ilə keçən anım mərasimi - VIDEO

Şrift : |
Tarix :15-04-2019, 00:07
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 1 048 dəfə
Like :
Like :

    Bir qrup ictimai fəalın iştirakı ilə 162 saylı məktəbin önündə bu məktəbin şagirdi Elina Hacıyevanın xatirəsini anım mərasimi keçirilib.

    Mərasimə gələn ictimai fəallar məktəbin qapısı önünə gül dəstəsi qoyublar, şamlar yandırıblar.

    Anım mərasimində çıxş edən natiqlər bildiriblər ki, E.Hacıyeva insana laqeyd münasibətin qurbanı olub və onların fikrincə, bundan sonra müəllimlər də, cəmiyyət də, elə valideynlər də şagirdlərlə, övladları ilə, vətəndaşlarla münasibətlərinə çəki-düzən verməlidirlər.

    Elinanın həmyaşıdı olan məktəbli qız isə deyir ki, bu hadisədən sonra Təhsil Nazirliyi tərəfindən şagird- müəllim münasibətlərinə yeni yanaşma olacağını gözləyirdi: "Yanaşma bu oldu ki, məktəblərdə, yuxarı mərtəbələrdə pəncərələri bağlayırlar. Nazirliyin yeni yanaşması bu qədər imiş. Bu pəncərədən olmayacaq, başqa bir pəncərədən özünü atacaq. Yenə də yanaşmalardakı problemlər yerində qalır və həllini tapmır. İstintaq adı ilə bu məsələnin ört-basdır edib unutdurmaq istəyirlər.

    Biz düşünürdük ki, heç omasa Elinanın faciəsindən sonra məktəblər şagirdlər ilə münasibətlərinə çəki-düzən verərlər, amma belə olmadı. Biz Elinanın faciəsilə bağlı günahkar olanların hamısının həbsini istəyirlk və bu məsələni diqqətdə saxlayacağıq".

    Bundan sonra polis və mülki geyimlilər mərasimə müdaxilə edərək iştirakçıları məktəbin qarşısından uzaqlaşdırmaqla 20-ci sahə dairəsinə kimi müşayiət ediblər, mərasimin davam etməsinə imkan verməyiblər.

    Xatırladaq ki,162 saylı məktəbin VIII sinif şagirdi E.Hacıyeva aprelin 4-də məktəbin 3-cü mərtəbəsindən özünü aşağı atıb. Aldığı xəsarətlərin nəticəsində aprelin 6-da müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Buna görə ailə məktəbdə qızlarına olan münasibəti, məktəb isə ailəni təqsirli bilib. Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi qaldırılıb. Bakı Şəhər Təhsil İdarəsi xidməti araşdırma aparıb. Araşdırmanın nəticəsi olaraq aprelin 12-də 162 saylı məktəbin direktoru, direktor müavini və psixoloqu vəzifədən kənarlaşdırılıb.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!