Hərbçinin anası oğluna verilən işgəncələrdən danışıb

Şrift : |
Tarix :15-04-2019, 00:09
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 1 064 dəfə
Like :
Like :

    Hüquq müdafiəçisi Oqtay Gülalıyev istintaq zamanı hərbçi İsmayıl Hüseynova işgəncələr verilməsi və onun həbsxanada intihara cəhd etməsi barədə məlumat dərc edib.

    "2017-ci il mayın 18-də gecə saat üçdə onu Gəncədəki evindən Tərtərə aparıblar. O, dövlətə xəyanətdə ittiham olunub və dəhşətli işgəncələrə məruz qalıb", - hüquq müdafiəçisi İ.Hüseynovun anasına istinadən yazıb.

    "Onu üç saat ayağından asıblar və başından elektrik cərəyanı keçiriblər. Huşunu itirənə qədər döyüblər, ermənilərə işlədiyini etiraf etməsini tələb edərək digər alçaldlıcı hərəkətlər ediblər.

    Bir əsgər onun yanında ölüb. Ona deyiblər ki, etiraf etməsə onu da öldürəcəklər.

    Bu işgəncələr altında onu etiraf etməyə məcbur ediblər və məhkəməyə veriblər.

    Qapalı keçirilən prosesdə o, dövlətə xəyanətdə təqsirli bilinib və 15 il azadlıqdan məhrum edilib.

    Həbsxanada ona baş çəkməyə gedən qardaşı bildirib ki, İsmayıl mənəvi və fiziki travmalara dözməyərək məhkəmənin ədalətsizliyinə etiraz olaraq aprelin 14-də 12 saylı koloniyada damarını kəsib.

    "Onun vəziyyəti ağırdır. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları gəliblər", - O.Gülalıyev yazıb.

    Hərbi Prokurorluğun mətbuat xidmətindən Turan-a bildiriblər ki, İsmayıl Hüseynovun barəsində məhkəmə istintaqı davam edir.

    "Əgər Hüseynovun şikayəti varsa, o və ya doğmaları prokurorluğa müraciət edə bilərlər", - Hərbi Prokurorluqdan bildiriblər.

    Proses qapalı olduğuna görə məhkəmədən məlumat almaq mümkün olmayıb.

    Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Turan-a bildiriblər ki, İ.Hüseynov damarını kəsməyib.

    Lakin məhbusun anası Məhsəti Hüseynova hüquq müdafiəçisi O.Gülalıyevin sözlərini Turan-a təsdiqləyib. O, həbsdən bir il sonra oğlunu Kürdəxanı təcrudxanasında görüb. İsmayıl işgəncələr barədə anasına danışıb. Qadın deyib ki, oğlu özünü asmaq istəyirmiş, ancaq onu vaxtında xilas elədilər, indi də damarını kəsib.

    Onun sözlərinə görə, işgəncələr nəticəsində İ.Hüseynovun daxili orqanları zədələnib və böyrəklərindən əməliyyat olunub.

    "Böyrəklərindən əməliyyat olundu, ancaq beynini, əsəblərini sakitləşdirə bilmirlər", - qadın deyib.


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!