Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə Qarabağ münaqişəsi müzakirə edilir

Şrift : |
Tarix :15-04-2019, 00:18
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 1 052 dəfə
Like :
Like :

    Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Moskvada azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla görüş keçirir. Tərəflər Dağlıq Qarabağ nizamlanmasının perspektivlərini müzakirə edirlər, TASS bildirir.

    Qapalı məsləhətləşmələr martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlarının yekunları ilə əlaqədar keçirilir.

    Sonradan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endrü Şofer (ABŞ) nazirlərə qoşulacaqlar.

    Vyana raundunun əsas yekunları tərəflərin dinc nizamlanmaya dair birbaşa danışıqları davam etdirməyə hazır olmaları olub. Həmsədrlər qeyd etmişdilər ki, liderlər sülhə xidmət edən durumun yaradılmasının və münaqişənin dinc həllinin tapılması üçün danışıqlar prosesində gələcək konkret və nəzərəçarpacaq addımların atılmasının vacibliyini vurğulayıblar.

    Bundan əlavə, İ.Əliyev və N.Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə humanitar tədbirlər barədə razılığa gəliblər, atəşkəsin və birbaşa əlaqə mexanizminin təkmilləşdirilməsinin vacibliyini təsdiqləyblər.

    Rusiya prezidenti Vladimir Putin də İ.Əliyev və N.Paşinyan ilə telefon söhbətlərində Vyana görüşünün yekunlarını müzakirə edib. Aprelin 2-də Kreml məlumat vermişdi ki, o, Bakı və Yerevan arasında danışıqlar prosesinin vacibliyini qeyd edib, həmçinin Moskvanın bundan sonra da Dağlıq Qarabağ probleminin, əsasən ATƏT-in Minsk Qrupu formatında dinc həlli yollarının axtarışına yardım göstərməyə hazır olduğunu bildirib. /Turan.az/


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!