Əli İnsanov Qərb diplomatları ilə görüşüb

Şrift : |
Tarix :17-04-2019, 00:42
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 1 085 dəfə
Like :
Like :

    Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanov xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarında bir sıra görüşlər keçirib.

    Demokrat.az-ın əldə etdiyi məlumata görə, sabiq nazirin ABŞ-ın, Böyük Britaniyanın Bakıdakı səfirliklərində, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyində həmin qurumların diplomatları ilə görüşləri olub.

    Görüşlər sözügedən diplomatik korpusların binasında baş tutub.

    Qeyd edilib ki, Əli İnsanovun bu səpkili görüşləri davam edəcək və Azərbaycanın əsas xarici tərəfdaşları olan ölkələri əhatə edəcək.

    Bundan başqa, Əli İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi, onun həbsindən sonra çıxışlar edərək, onu azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən xarici siyasətçilərlə, beynəlxalq təşkilatlarla və dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu da məlum olub.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!