Qadın gənc sevgilisini Bakıdakı otellərdən birində qətlə yetirib

Şrift : |
Tarix :25-06-2018, 20:26
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 334 dəfə
Like :
Like :

    Qadın gənc sevgilisini Bakıdakı otellərdən birində qətlə yetirib
    Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətl hadisəsi baş verib.
    "Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.
    Qadın gənc sevgilisini Bakıdakı otellərdən birində qətlə yetirib
    Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman G.Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
    Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

    G.Əliyeva ilkin ifadəsi zamanı sevdiyi oğlanın ona təcavüz edərək bakirəliyinə pozduğunu və bu səbəbdən ona evlənmək vəd etdiyini bildirib. Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşlərində oğlanın vədinə xilaf çıxdığını görərək onu öldürmək qərarına gəlib.
    Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb. G.Əliyeva və "Qrand" otelin rəhbərliyi saxlanılıb.
    Qadın gənc sevgilisini Bakıdakı otellərdən birində qətlə yetirib


Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!