Azərbaycan mühakimə edilmiş jurnalistləri çox olan ölkələr sırasındadır

Şrift : |
Tarix :18-04-2019, 02:29
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 1 016 dəfə
Like :
Like :

    "Sərhədsiz reportyorlar" təşkilatı dünyada ənənəvi mətbuat azadlığı indeksini açıqlayıb. İndeks müxtəlif ölkələrdə mətbuatın və jurnalistlərin vəziyyətini, informasiyanın sərbəst əldə edilməsi, ifadə olunması və yayılması üçün imkanları nümayiş etdirir.

    Məlumatda qeyd olunur ki, keçmiş SSRİ məkanında azad mətbuat ilə bağlı vəziyyət ağır olaraq qalır. Rusiya və Azərbaycanda həbsxanalarda çoxlu jurnalist və bloger var. Araşdırmaçı jurnalistlərin durumu daha ağırdır.

    Bu il Azərbaycan dünya üzrə 166-cı yeri tutur, ötən illə müqayisədə üç bənd enib.

    Azərbaycanda vəziyyətə dair hesabat "Sonuncu tənqidçi səslərə qarşı elan olunmamış müharibə" adlanır.

    "Plüralizmin bütün formalarını boğmaqla qane olmayan ölkə hakimiyyəti 2014-cü ildən bu yana qalan KİV-lərə qarşı amansız müharibə aparır. Təzyiqlərə, döyülməyə, şantaj və ya rüşvətə uymayan müstəqil jurnalistləri və blogerləri absurd ittihamlarla həbsə alırlar. "Zerkalo" və "Azadlıq" kimi müstəqil KİV-lər iqtisadi yolla susdurulub. "Azadlıq" radiosu zorla qapadılıb.

    Əsas müstəqil xəbər saytları bloklanıb. Xaricdə olub müqavimət göstərməkdə davam edənləri susdurmağa cəhdlər edilir, hakimiyyət onların Azərbaycanda qalan ailə üzvlərini təqib edir.

    Rejim həmçinin Gürcüstanda və Ukraynada jurnalistləri saxlamaqla, Fransada iddia irəli sürməklə öz repressiyalarını ixrac edib. Bu rejim yalnız təzyiq altında geri çəkilir və belə təzyiq hər zaman olduğundan daha çox lazımdır", - Azərbaycana dair hesabatda deyilir. //Turan.az//


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!