Bakıda iş adamının həyat yoldaşını kim öldürdü?

Şrift : |
Tarix :18-04-2019, 02:40
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 1 063 dəfə
Like :
Like :

    Dünən Bakı şəhərinin Xəzər rayonunda törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Məlumata görə, Şağan qəsəbəsində yerləşən fərdi yaşayış evində Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuş, 1986-cı il təvəllüdlü Kütahi Məlikova naməlum şəxs və ya şəxslər tərəfindən amansızlıqla öldürüləndən sonra evdə axtarış aparılıb. Qarət məqsədi ilə evə girmiş şəxslər mənzildə pula tapa bilməsə də, xeyli qızıl oğurlayıblar.
    Bildirilir ki, hadisə vaxtı ailənin 2 övladı məktəbdə olub. Xalça biznesi ilə məşğul olan ailə başçısı isə işi ilə əlaqədar evi tərk edibmiş.

    İlkin araşdırmalar zamanı məlum olub ki, qarət məqsədi ilə evə daxil olan şəxs və ya şəxslər qadını bıçaqlayandan sonra onun boğazını kəsərək öldüyünə əmin olmağa çalışıblar. Hazırda dəhşətli cinayətlə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir. //Bizimxəbər.az//


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!