Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Şrift : |
Tarix :22-04-2019, 03:03
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 424 dəfə
Like :
Like :

    Həbsdə olan jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib. Əsasən onun gözlərində güclü ağrılar başlayıb. Bu barədə o, bu gün həyat yoldaşı Leyla Mustafayevaya telefon edərək bildirib.

    L.Mustafayeva Facebook səhifəsində yazıb ki, Əfqanın uroloji müalicəyə də ehtiyacı var. Onun sözlərinə görə, Penitensiar Xidmət bir dəfə olsun onu tibbi müayinədən keçirməyib, baxmayaraq, Əfqan da şəkər və hipertoniya da var.

    "Əfqan şəkərlə əlaqədar hələ də dərman qəbul edir. Həmin dərmanı biz Gürcüstanda olanda oradakı həkimlər yazmışdılar", - həyat yoldaşı qeyd edib.

    Əgər Əfqana bir şey olarsa, məsuliyyət ölkə rəhbərliyinin üzərinə düşəcək. O xatırladıb ki, hakimiyyət Ə.Muxtarlının Gürcüstanda oğurlanıb qaçırıldığını etiraf etməyib. "Əgər burada ona bir şey olarsa, siz məsuliyyəti öz üzərinizdən götürə bilməyəcəksiniz", L.Mustafayeva bildirib.

    Araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanaraq gizlicə Azərbaycana gətirilib. Onu qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmək, sərhədçiyə qarşı zorakılıq tətbiq etməkdə ittiham edərək 6 il azadlıqdan məhrum ediblər.

    Avropa Parlamenti, beynəlxalq hüquq-müdafiə təşkilatları, Amnesty International Əfqan Muxtarlını "vicda məhbusu" kimi tanıyıblar.


Təqvim

«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!