Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Şrift : |
Tarix :22-06-2019, 19:16
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 99 dəfə
Like :
Like :

    "Sərhədsiz Reportyorlar" (RSF) Azərbaycanda reportyor Polad Aslanova irəli sürülmüş saxta dövlətə xəyanət ittihamını pisləyir. O, tez-tez korrupsiya mövzusunu işıqlandırır və indi ömürlük həbs təhlükəsi ilə üzləşib.

    Xeberman və press-az xəbər saytlarının redaktoru Aslanov iyunun 14-də, həyat yoldaşı və qızı ilə toya gedərkən Azərbaycan sərhədində həbs edildikdən iki gün sonra istintaq təcridxanasına yerləşdirilib. Onun və anasının evlərində axtarış zamanı Təhlükəsizlik Xidməti əməkdaşları kamera və kompüter avadanlığı müsadirə ediblər.

    Dövlət Təhlükəsizlik Xidməti Aslanovu məxfi məlumatı xarici dövlətə verməkdə, öz reportajlarında dövlətə böhtan atmaqda və digər Azərbaycanlı jurnalistləri xarici xüsusi xidmətlərlə əməkdaşlığa cəlb etməkdə ittiham edir.

    Aslanov bütün ittihamları inkar edir, reportajları ilə bağlı repressiyaların qurbanı olduğunda israr edir. Xüsusən, reportajlarından birində o, Dövlət Təhlükəsizlik Xidmətinin işçiləri tərəfindən pul tələb edilməsi haqqında yazıb.

    "Hər şey Polad Aslanovun Azərbaycanda tənqidçi jurnalistlərin təqibi maşınının növbəti qurbanı olduğunu göstərir. Onu, həmçinin Azərbaycanda ədalətsiz həbs edilmiş bütün digər altı jurnalisti dərhal azad etməyə çağırırıq", deyə "Sərhədsiz Reportyorlar"ın bəyanatında bildirilir.

    Aslanovun vəkili ona iyunun 14-də baş çəkə bilib, amma onların təkbətək danışmasına icazə verməyiblər. Həyat yoldaşının sözlərinə görə, Aslanov hərbi xidmətə yararsız hesab olunmuşdu, amma 29 yaşında, öz materiallarında hakimiyyəti tənqid etməyə başladıqdan sonra tezliklə hərbi xidmətə çağırılıb.

    Aslanov digər jurnalist İkram Rəhimov mənimsəmə ittihamı ilə beş il yarım həbs cəzasına məhkum edildiyi gün həbs edilib, baxmayaraq ki, məhkəmədə inandırıcı dəlillər təqdim edilməyib.

    Realliq.info xəbər saytının redaktoru 2018-ci ilin oktyabrında, "loyal" kütləvi informasiya vasitələrinə maliyyə dəstəyi göstərən ölkə prezidentinin köməkçisi Əli Həsənovun ünvanına açıq tənqid məktubu dərc etdikdən tezliklə sonra həbs edilib.

    Azərbaycan RSF-nin 2019-cu il üçün dünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 166-cı yeri tutur. Ölkənin aparıcı tənqidi KİV-ləri susmaq və ya mühacirət etmək məcburiyyətində qalıblar, əsas müstəqil saytlar bloklanıb və ən az yeddi jurnalist hazırda həbsdədir, deyə bəyanatda qeyd edilir. /Turan.az/


Xəbər lenti

7 kəndin 70 dərdi: UÇMUŞ KÖRPÜ, ƏLDƏN ÇIXMIŞ TORPAQ VƏ EVLƏRƏ SOXULAN İLANLAR

Masallı Regional Meşə Təsərrüfatında Şahin Cəfərov Abturab Bağırov qanunsuluqları -(FOTOLAR)

Etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar -Gürcüstanda

Reportyor dövlətə xəyanət ittihamı ilə ömürlük həbs edilə bilər -Sərhədsiz Reportyorlar

Keçid dövründə Güc və Hakimiyyət

Cavid Şirəliyev Mətbuat Şurasına cavab verdi

Hakimiyyətin yüksək eşelonunda son dəyişikliklərin arxasında nə durur?

Cavid Şirəliyev: "Araşdırmaçı və tənqidçi jurnalistlərin bir çoxu ölkədən didərgin salınmışlar"

İlham Əliyev Vladislav Kanevskinin etimadnaməsini qəbul edib

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib

Rəfael Mehralıyev kimdir?

Xəzər rayonunda 3 nəfər bıçaqlandı

Azərbaycanın Xarici Işlər Naziri Fransa prezidentinin müşaviri ilə görüşüb

Siyasi mühacirlər Azərbaycanda onların qohumlarına təzyiqlərin olduğunu bildirirlər Cəmiyyət

Qiyas İbrahimov ölkədən çıxarkən saxlanılıb

Ramil Usubov Ziya Məmmədovun qardaşı oğluna vəzifə verdi

Almaniya və Azərbaycan arasında siyasi məsləhətləşmələr olacaq

Gəncədə saxlanılmış etiraz iştirakçıların azad ediliblər

Mayın 13-də heç bir şey imzalanmayacaq

Azad Həsənovun işi üzrə məhkəmədə

Gəncədə etiraz aksiyası keçirilib

Jurnalist Əfqan Muxtarlının səhhəti pisləşib

Sədr istefa ilə bağlı SÖZÜNÜ TUTACAQMI?

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!