Oktay Gülalıyev: "Bu “mübarizə” bumeranq təsiri yaradır…"

Şrift : |
Tarix :16-08-2019, 06:47
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 272 dəfə
Like :
Like :

    Avropada siyasi mühacir həyatı yaşayan Ramil İsgəndərlinin atasına təzyiqlər edilir.

    7GUN.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev özünün feysbuk səhifəsində məlumat yayıb:

    “Hakimiyyətin mühacirlərə və onların ailələrinə qarşı təqib kampaniyası davam edir.

    Almaniyada mühacir həyatı yaşayan, ölkəmizdə hökm sürən avtoritarizmi tənqid edən, bu yöndə keçirilən aksiyalarda fəal iştirak edən Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının üzvü Ramil İsgəndərlinin atası Müşviq İsgəndərli prokurorluğa çağrılıb təhdid olunur. Ondan övladının Avropadakı fəaliyyətinə son qoyması tələb edilir. Bildirilir ki, əks təqdirdə onun ölkədən çıxışına yasaq qoyulub özünü cəzalandıracaqlar.

    Hakimiyyətdəkilər hələ də anlayıb qəbul etmir ki, ata oğula və ya oğul ataya görə məsuliyyət daşımır. Və övlada görə ataya təzyiq etmək mübarizə yolu deyil. Bu “mübarizə” bumeranq təsiri yaradır…

    Mühacirlərdən əl çəkin, sivil mübarizə aparın”- deyə Oktay Gülalıyev bildirib.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!