Jurnalistin səhhəti kritikdir

Şrift : |
Tarix :19-08-2019, 08:06
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 193 dəfə
Like :
Like :

    Həbsdə olan "realliq.info" saytının redaktoru İkram Rəhimov on üçüncü gündür aclığı davam etdirir. 7GUN.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi"nə jurnalistin ailəsi bildirib.

    "Bu gün təcridxana ilə əlaqə saxladıq. Təcridxana rəsmisi bildirdi ki, İkram aclığı davam etdirir. Onun səhhəti kritikdir. İkram avqustun 15-dən sonra evə zəng etməyib. Çox yəqin ki, səhhəti çox ağırdır, telefonla zəng etmək və danışmaq iqtidarında deyil", deyə jurnalistin ailə üzvü "Amerikanın Səsi"nə bildirib.

    Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi İkram Rəhimovun aclığı davam etdirdiyini təsdiq edib.

    "O, saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitar hissəsində həkim nəzarətindədir. Su qəbul etsə də, qida qəbulundan imtina etməkdə davam edir. İkram Rəhimov qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır", deyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.

    Jurnalist apellyasiya şikayətinə təkrar məhkəmə istintaqı olmadan baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

    Rəhimov avqustun 15-də bildirib ki, təzyiqi düşüb, başgicəllənməsi yaranıb, mədəsində kəskin ağrılar baş qaldırıb, 10 kiloqramadək çəki itirib. Səhhəti çox ağırdır.

    "Buna baxmayaraq, aclığı ölənədək davam etdirəcəyini dedi", deyə ailə üzvü jurnalistə istinadən bildirib.

    İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. O, həbsindən əvvəl Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Məhkəmədə bunu bir daha bildirib.

    İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərərçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

    Həmçinin, vəkil xahiş edib ki, eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin.

    Lakin vəsatətlər təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!