Siyasi məhbuslar üzrə məruzəçisi Azərbaycana gələcək

Şrift : |
Tarix :4-09-2019, 07:28
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 112 dəfə
Like :
Like :

    Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottir (İslandiya) 5-7 sentyabr tarixlərində Bakıya səfər edəcək. O, məruzə hazırlanması və AŞPA sessiyasına təqdim edilməsi üçün faktların müəyyən edilməsi missiyasına rəhbərlik edəcək.

    7GUN.az xəbər verir ki, Avropa Şurasının mətbuat xidmətindən Turan-a verilən məlumata görə, onun Azərbaycanın parlament üzvləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Baş Prokurorluq və Prezident Administrasiyasının nümayəndələri, habelə vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşləri planlaşdırılıb.

    Məruzəçi həmçinin bir sıra siyasi məhbuslarla görüş istəyib.

    Məruzəçinin səfəri iyunun əvvəllərinə planlaşdırılırdı, amma Azərbaycan tərəfin xahişi ilə təxirə salınıb.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!