Ruslan Əmirli oğurlanıb

Şrift : |
Tarix :10-09-2019, 03:51
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 83 dəfə
Like :
Like :

    7GUN.az Turan.az-a istinadən xəbər verir ki, Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirli sentyabrın 10-da saat 15:30 radələrində naməlum şəxslər tərəfindən oğurlanıb.

    Partiya rəhbərliyi bu məlumatı təsdiq edib. Mövcud məlumata görə, fəalı xəstə bacısını ziyarət etmək üçün getdiyi Milli Onkologiya Mərkəzinin qarşısında naməlum şəxslər oğurlayıb. Oğurlandıqdan sonra Əmirlinin mobil telefonuna zəng çatmır.

    O, AXCP-nin Nərimanov rayon təşkilatının üzvüdür, həmçinin, ictimai əsaslarla partiya lideri Əli Kərimlinin mühafizəsini təmin edən qrupa daxildir. Kərimlinin özünün sözlərinə görə, son günlər facebook-da "Milli fədailər" qrupunun ailə üzvləri Əmirlini təhdid edirdilər.

    "Onlardan biri Ruslana zəng edib və onu mənə mıxlamaqla təhdid edib", deyə Əli Kərimli öz səhifəsində yazıb.

    Polis Ruslan Əmirliyinin ünvanına açıq-aşkar hədələrə məhəl qoymayıb, baxmayaraq ki, başqa vaxt sosial şəbəkələrdə tənqidi ifadələrə görə müxalifətçiləri həbs edir.

    AXCP-yə növbəti təzyiq dalğası son illər müxalifətin mitinqlərini keçirdiyi Yasamal rayonundakı "Məhsul" stadionunun sökülməsi haqqında məlumatlarla eyni vaxta təsadüf edib. AXCP lideri hakimiyyətin bu addımını müxalifətin etiraz aksiyalarının qarşısını almaq cəhdi kimi qiymətləndirir.


Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!