Siyasi Məhbuslara qarşı təzyiqlər davam edir -FOTO

Şrift : |
Tarix :22-09-2019, 19:54
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 188 dəfə
Like :
Like :

    7GUN.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Oktay Gülalıyev özünün feysbuk səhifəsində məlumat paylaşıb. O, qeyd edib ki, həbsdə olan siyasi məhbuslara qarşı təzyiqlərin yeni dalğası başlayıb. Araşdırmaçı jurnalist Efqan Muxtarli AŞPA- nın siyasi məhbuslar üzrə məruzəçisi Sunna Thorhildur və AŞPA komissarı Dunya Myatoviçlə görüşdən sonra onun vəkili Nemat Kerimli 16 saylı CÇM- də zorakaılğa və təhqirlərə məruz qalıb. Vəkilinə qarşı baş verənlərə etiraz edən jurnalist bu gündən aclıq aksiyasına başlayıb. O, vəkilinə kobudluq edən Emin Əliyev daxil olmaqla CÇM-nin əməkdaşlarının cəzalandırılmasını tələb edir:

    "... Gəncə məhbusları ilə bağlı məhkəmə hökmü Apelliyasiya instansiyasında hüquqi qüvvəyə mindikdən sonra onların CÇM- lərə köçürülməsi prosesi başlayıb. Amma burda da həmin məhbuslara qarşı diskriminasiya, psixoloji və ayrı- seçkili münasibət göstərilir. Tanınmış dustaqların, xüsusən siyasi məhbusların Gəncə məhbusları il görüşməsinə, təmas etməsinə imkan vermirlər. Bunu edən dustaqlar heç bir əsas olmadan cəzalandırılır. Bu gün 6 saylı CÇM- də saxlanılan Ahsan Nuruzade rəhbərliklə görüşə çağrılıb. Bir neçə saat davam edən görüşdən sonra o, "kars"-a salınıb. Yaxınlarından əldə etdiyimiz məlumata görə son zamanlar Ahsan Nuruzadeyə təzyiqlər və nəzarət artıb. Ona Gəncə məhbusları ilə təmas qurmamaq üçün bir neçə dəfə əsassız olaraq xəbərdarlıq edilib (!?). Onun "kars"-a salınma səbəbi və müddəti bilinmir...

    Eyni zamanda həbsdə olan, səhhətində problemlər yaşanan siyasi məhbusların müalicəsinə imkan verilmir. Ailə üzvlərinin verdiyi məlumata görə İslam partiyasının fəalı, siyasi məhbus Ruhulla Axundzadənin sağlıq durumu getdikcə pisləşir. Penitensiar Xidmət onu müalicə etmək əvəzinə səhhəti ilə bağlı problemin ictimailəşməsinə dair sorğu- sual edirlər (!?) və s.

    Görürsünüzmü, hakimiyyət öz vətəndaşları ilə necə amansız rəftar edir? Adamı qonşu ölkədən başına torba keçirib özünü döyə- döyə gətirib həbs edirlər, vəkilinə isə zor tətbiq edirlər. Başqa bir şəxsi yenə oğurlayıb cibinə nakrotika atıb həbs edirlər, ürəkləri bununla da soyumur həbsxanada da "kars"-a salırlar. Başqa bir iman əhlini, ağsaqqal adamı inanclı olduğuna, onlara biət etmədiyinə görə şərləyib həbs edir, 8 il həbsdə saxlayırlar. Adam həbsxanada infarkt keçirir, müalicəsinə imkan verməyib göz görə- görə ölümə sürüküləyirlər. Sonra da utanıb qızarmadan insan haqlarından, analoqsuz inkişafdan danışırlar. Burda deyirlər: Utanmasan oynamağa nə var ki!?

    Hamını baş verənlərə laqeyd qalmamağa, şərlənib həbs olunan şəxsləri qətiyyətlə müdafiə etməyə, birliyə və mübarizəyə çağırırıq!"-deyə Oktay Gülalıyev bildirib.
    Siyasi Məhbuslara qarşı təzyiqlər davam edir


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!