İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Şrift : |
Tarix :7-10-2019, 08:10
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 101 dəfə
Like :
Like :

    Fuad Əhmədlinin vəziyyəti stabildir və yaxın 2-3 gündə müayinəsi başa çatacaq. 7GUN.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AXCP fəalı Fuad Əhmədlinin Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilməsi ilə bağlı məlumatı Turan agentliyinə şərh edərkən bildirib.

    Onun sözlərinə görə, F.Əhmədli hərəkət edərkən bel ağrısından və öskürəkdən şikayətlənir.

    "Mütəxəssislər tərəfindən müayinə və baxış zamanı F.Əhmədlinin kürəyində və ağciyərlərində ciddi patologiya aşkarlanmayıb", - İ.Qurbanov deyib. "Hazırda stasionar müalicəyə ehtiyac yoxdur", - o əlavə edib.

    Öz növbəsində fəalın atası Zəfər Əhmədov Turan-a bildirib ki, oğlunun şikayətinə Ali Məhkəmədə baxılarkən bir ay Bakı 1 saylı təcridxanada saxlayıblar, bundan sonra vəziyyəti pisləşib.

    "Fuadı bir ay Kürdəxanı istintaq təcridxanasında saxlayılblar və koloniyaya qayıtdıqdan sonra vəziyyəti pisləşib, nəfəs ala bilmirdi. Digər problem isə böyrək ağrısıdır" , - ata deyib. Oktyabrın 5-də fəalı xəstəxanaya yerləşdiriblər.

    Ata xatırladıb ki, həbs olunmadan əvvəl oğlu iki dəfə ağciyər əməliyyatı keçirib və qapalı məkanda yerdə saxlanıla bilməz.

    O bildirib ki, bu gün oğlu telefon edərək deyib ki, rentgen ediblər və analiz üçün qan götürüblər. Z.Əhmədov qeyd edib ki, bu gün oğlu ilə görüşəcək.

    Fuad Əhmədli 2016-cı ilin avqustunda "Əməliyyat- axtarış fəaliyyəti haqqında qanun"un pozulması və "Azerfon" mobil telefon istifadəçilərinin şəxsi məlumatlarının yayılması ittihamı ilə həbs edilib. Bundan əlavə, o, vəzifə səlahiyyətini aşmaqda ittiham olunub.

    2017-ci il iyunun 16-da 4 il azadlıqdan məhrum edilib. Sonradan Apellyasiya Məhkəməsi və Ali Məhkəmə hökmü qüvvədə saxlayıblar. Hüquq müdafiəçiləri F.Əhmədlini siyasi məhbus kimi tanıyıblar.

    Bu ilin mayında Suraxanı Rayon Məhkəməsi F.Əhmədlinin cəzasının yarıdan çoxunu çəkməsilə əlaqədar şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməyib. Yuxarı instansiya məhkəmələr bu qərarı qüvvədə saxlayıblar. Fəalın cəzasının bitməsinə 10 ay qalır.


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!