Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Şrift : |
Tarix :10-10-2019, 07:50
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 82 dəfə
Like :
Like :

    Jurnalist ittihamı qəbul etmir, məhkəmənin qərarına etiraz edir

    Xeberman.com saytın həbsdə olan redaktoru Polad Aslanov oktyabrın 5-dən aclıq aksiyasına başlayıb.

    7GUN.az xəbər verir ki, bu barədə Amerikanın Səsinə müsahibəsində vəkil Osman Kazımov bildirib.

    Onun sözlərinə görə, jurnalist ona qarşı irəli sürülən ittihamı qəbul etmir və barəsində həbs qətimkan tədbirnin daha dörd ay uzadılmasına etiraz edir.

    “Polad Aslanovla saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin isitintaq təcridxanasında görüşdüm. O bildirdi ki, Səbail rayon Məhkəməsinin barəsində həbs qətimkan tədbirinin uzadılması barədə qərarından sonra aclıq aksiyasına başlayıb. Mən ona təkid də etdim ki, aclığı dayandırsın. Amma, o aclığı dayandırmayacağını dedi. O hesab edir ki, heç bir cinayət etməyib və həbsi qanunsuzdur. Aslanovu dövlətə xəyanətdə ittiham edirlər. O özünü təqsirli bilmir. Mənə elə gəlir ki, o hansısa yazısının `güdazına` gedib”.

    Vəkil Aslanovun səhhətində hələ ciddi problemlərin yaranmadığını bildirib.

    Bununla yanaşı, Dövlət Təhlükəsizliyi Xidmətindən jurnalistin durumu ilə bağlı məlumat almaq mümkün olmayıb.

    Oktyabrın 10-da Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında Polad Aslanovla görüşüb. Bu barədə Ombusman Aparatının mətbuat xidməti məlumat yayıb. Görüşün detalları barədə məlumat verilmir.

    Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb, növbəti gün məhkəmə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçib. Aslanova qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılır.

    Oktyabrın 5-də Səbail rayon Məhkəməsi hakim Aytən Əliyevanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidmətinin müraciəti əsasında jurnalist barəsində həbs qətimkan tədbirinin müddətini daha dörd ay, 2020-ci il fevralın 12-dək uzadıb.

    Aslanov ittihamı qəbul etmir, sifariş hesab edir.

    Yerli və beynəlxalq təşkilatlar Aslanovun cinayət təqibini pisləyir, onun həbsinin əsl səbəbinin jurnalist fəaliyyəti olduğunu hesab edir.

    Öz növbəsində, rəsmi Bakı insanların baxışlarına görə təqib edilmədiyini bildirir. Azərbaycan hökuməti ölkədə bütün fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının təmin edildiyini bildirir.

    Bununla yanaşı, Azərbaycan beynəlxalq mətbuat azadlığı indeksində 189 ölkə arasında 166 yerdədir.



Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!