Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Şrift : |
Tarix :10-10-2019, 21:39
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 82 dəfə
Like :
Like :

    Bakı Şəhər İcra Hakimiyyətində "tenderlər kralı” kimi tanınan Ramazan Mirzəyev maqazin aləminin gündəmindən düşməyən Şəbnəm Tovuzlu (Əsədova) ilə gizli kəbin kəsdirib, ailə qurması ortaya çıxıb.


    7GUN.az bia.az-a istinadən xəbər verir ki, iddialara görə, ölkə mediasında Şəbnəm Tovuzlunun həm sponsoru, həm də uşağının atası kimi ad çıxaran Hacı ləqəbli iş adamı paytaxt Bakıda tikinti biznesi və digər sahələrlə məşğul olan "Məmmədoğullar” MMC-nin sahibi Ramazan Mirzəyevdir.

    Əslən Masallı rayonundan olan Ramazan Mirzəyev Bakı Şəhər İcra Hakimiyyətində "tenderlər kralı” kimi tanınır. Belə ki, uzun müddətdir paytaxt meriyasının keçirdiyi bütün tenderlərin qalibi nədənsə məhz Ramazan Mirzəyevin şirkətləri olub. Bu tenderlər barəsində yerli mediada onlarla yazılar dərc edilib. Hacıbala Abutalıbovla Hacının ortaqlığı, milyonlarla gəliri olan tenderləri birlikdə idarə etmələri barəsində yetərincə yazılar yazılıb.


    Bu böyük tenderlərdə qalib olub, milyonlar qazanan Ramazan Mirzəyevlə yeni iddialar isə onun Şəbnəm Tovuzlu ilə olan münasibəti ilə bağlıdır. Belə ki, məlumata görə, Ramazan Mirzəyev Şəbnəm Tovuzlu ilə qeyri-rəsmi həyat yaşayır. Mirzəyev özü rəsmən boşanmış olsa da, Tovuzlu ilə rəsmi ailə həyatı qurmayıb.


    Onları bir-birinə qanunla tanınmayan dini nikah bağlayır. Bu münasibətdən onların Əli adında övladları da var. Ramazan Mirzəyev Şəbnəmə yetərincə pul xərcləyir. O, Ş.Əsədovaya paytaxtda dəbdəbəli mənzil almaqla bərabər, həm də ona gizli şəkildə sponsorluq edir. Ramazan Mirzəyevin müğənni üçün 80 min manat dəyəri olan avtomobil aldığı və övladı üçün bank hesabı açdırdığı da gəzən söz söhbətlər arasındadır.


    Şəbnəm Tovuzlu uzun müddətdir uşağının atasını və sponsorunun kimliyini mediadan gizlədirdi. Müğənni özü də açıqlamalarında dəfələrlə bildirib ki, uşağının atası ölkənin biznes sahəsində tanınmış bir iş adamıdır, hacıdır və onunla dini kəbin kəsdirib. Məsələn, Ş.Tovuzlunun bu məsələ ilə bağlı verdiyi açıqlamalardan biri belədir:


    "Sosial şəbəkədə yazırlar ki, "Şəbnəm xanım ailə dağıdır”. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insan da məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır.

    İllərdir məşhur müğənni deyir "biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə Həci Ramazanla kiçik qonaqlıq etmişik. Kəbinimiz var. Bununda heç kəsə dəxli yoxdu. Mənə ev, maşn alan Ramazan müəllimə həyatım boyu minnətdaram”.


Xəbər lenti

Jurnalistin nazirliyə qarşı məhkəmə iddiası davam edir -FOTO

Mitinqə çıxanlar hakimiyyətdən insan haqlarını tələb edirdilər

Təhsilin inkişafından danışmaq olarmı, Ceyhun Bayramov?! -VİDEO

DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

“Araz-Alko” MMC-də Almaz Salmanovanın müəmmalı ölümü

İslahatların önündəki əngəllər və ya altdan-altdan iş görənlərin izi ilə...

"Mətbuatın daxili mübarizə alətinə çevrilməsi yolverilməzdir" – İlham Əliyev

"Hakimiyyət tərəfindən göstərilən bütün cəhdlər məni mövqeyimdən yayındırmayacaq" Cavid Şirəliyev

Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Sorğuya gecikmiş cavab

Masallının bəxtinə çıxan bəla - Rafil Hüseynov - FOTO-VİDEO

Məhkəmə prosesində ağılasığmaz biabırçılıq -hakim: "Mənim sizə heyfim gəlir..."

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Karat MTK vətəndaşın hüquqlarını pozur

DYP qəza törədib, hadisə yerindən qaçan xanım sürücünü niyə himayə edir?

Şəbnəm Tovuzlunun gizli kəbin kəsdirib, ailə qurduğu HƏCİ – Ramazan Mirzəyevlə bağlı sirlər açıldı

Baytar həkimlər Mehriban Bağırovanın iş metodundan beziblər - “Qoşqar Təhməzlinin bundan xəbəri yoxdur”

Vəkil Osman Kazımov: Polad Aslanov aclıq edir -AUDİO

Jurnalist aclıq aksiyasına başlayıb 

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Milli Şura növbəti mitinqi 19 oktyabr saat 15:00-a təyin etdi -AÇIQLAMA

Masallı rayonu nə üçün sosial və iqtisadi inkişafdan məhrum edilib?!

İftixar Qurbanov Fuad Əhmədlinin vəziyyətinin stabil olduğunu bildirir

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!