Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır

Şrift : |
Tarix :28-06-2018, 01:14
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 216 dəfə
Like :
Like :

    Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır
    Milli Məclisin deputatına məxsus restoranda irqi ayrı-seçkilik olunur.

    7GUN.az İnterpress.az-a istinadən xəbər verir ki, paytaxtın Nigar Rəfibəyli küçəsində yerləşən "Araz Kafe"də irqi ayriseçkilik nümayişkəranə şəkildə müşahidə olunur. "Fəvvarələr Meydanı"ında yerləşən kafedə müştərilər arasında Azərbaycan vətəndaşlarından daha çox əcnəbilərə üstünlük verilir. Bu da əcnəbi müştərilərin kafeyə daha çox xeyir verməsi kimi qiymətləndirilir.

    Məlumatda deyilir ki, kafe rəhbərliyi tərəfindən əcnəbilərə menyunun baha qiymətə satılmasını rahat şəkildə həyata keçirmək üçün onlara xüsusi xidmət göstərilməsi tapşırılıb. Eyni zamanda, əcnəbi qonaqların xoş qarşılanması və eyni şəkildə yola salınması xüsusilə əmr olunub. Amma Azərbaycan vətəndaşlarına bu münasibətin göstərilməməsi tapşırılıb. Məlumata görə, kafe rəhbərliyi Azərbaycan vətəndaşlarının "Araz Kafe"yə getməsindən narahatdır.

    Kafeyə daxil olduqda qonaqları qarşılayan kafe xidmətçiləri müştərinin əcnəbi olmadığı halda, sifarişləri qəbul etmir. Eyni zamanda, kafedə əcnəbilər üçün ayrılmış xüsusi kabinetlərdən Azərbaycan vətəndaşlarının istifadəsi qadağan olunub.

    Kafe rəhbərliyinin xüsusi göstərişi ilə Azərbaycan vətəndaşlarının kafedə xidmətin zəif göstərildiyi masalarda əyləşmələri sifariş olunub.

    Bu da sözügedən kafenin azərbaycanlı müştəriləri arasında birmənalı qarşılanmayıb.

    Eyni zamanda, müştərilər kafenin menyusuna daxil olan bütün təamların layiq olmadığı halda baha qiymətə satılmasından şikayətlənirlər. Belə ki, ərzaq mağazalarında 1 AZN-ə satılan "Alpen gold" şokoladları "Araz kafe"də bundan 4 dəfə baha qiymətə müştərilərə satılır.

    Qeyd edək ki, "Araz Kafe"nin sahibi Milli Məclisin deputatı Hadi Rəcəblidir.
    Deputatın kafesində Azərbaycan vətəndaşları belə aşağılanır


Xəbər lenti

Sozcu.az saytının rəhbəri Elşən Əlisoya qarşı təxribat həyata keçirilir

8 hərbi qulluqçunu xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirən şəxslərə 6 il həbs cəzası

Taleh Bağırzadənin həyat yoldaşı barədə rəsmi açıqlama

Müdafiə Naziri pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Alim istefa verdi və universiteti rüsvay etdi – İttiham

Elman Rüstəmov bir gecədə 450 milyonu necə qazanıb?

Prezident İlham Əliyevin Novruz təbriki

Ruhulla Axundzadənin və oğlunun aclıq etdiyi bildirilir

"Natia Tavberidze ilə görüşdə Azərbaycanda insan haqlarının durumu, siyasi məhbuslarla bağlı vəziyyəti və s. müzakirə etdik" Oktay Gülalıyev

İlham Əliyev Əziz Əzizovun fırıldaq əməllərinə "dur" deyəcək?

ABŞ Dövlət Departamentinin 2018-ci ildə insan hüquqlarının pozulması haqda hesabatı ilə bağlı rəylər

Dövlət başçısının İranın iqtisadiyyat və maliyyə naziri ilə görüşü

Siyavuş Novruzov Dövlət Departamentinin Qarabağın ermənilər tərəfindən işğal edildiyini etiraf edən hesabatını tənqid edir

Hüseyn Əhmədov Qələndər Canbaxışovdan prezidentə şikayət etdi

Valeh Nesibovun yaxınlarına təzyiq edirlər

Sozcu.az yeni dizaynda

"TOXUNULMAZ" MÜAVİN MƏHƏMMƏD QƏLƏNDƏROVUN "OFŞOR SƏLAHİYYƏTLƏRİ"

Musiqi məktəbinin direktorunun ali musiqi təhsili varmı?

"Partiyalar çoxdur, amma xalqın istəyini yerinə yetirən yoxdur" Ş.Cəfərli

Masallı - Yardımlı meşələri qətlə yetirilir

İlkin Rüstəmzadənin Azərbaycana qarşı şikayəti təmin edilib

İsmayıl Vəliyev rayon sakinlərinə qarşı niyə müharibə aparır?

Səfər Mehdiyev görüntü yaradır - VIDEO

Təqvim

«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bizi izləyin

Təsisçi və baş direktor: Cavid Şirəliyev
Baş redaktor: Vidadi Sultan
Tel/Whatsapp: (+99450) 315-08-08
E-mail: 7gunxeber@gmail.com
Ünvan: Bakı şəhəri. Nəsimi rayonu.
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!