Cəfər Cəfərov məntəqə tipli CÇM-dən azad edildi

Şrift : |
Tarix :16-10-2019, 02:04
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 152 dəfə
Like :
Like :

    Dünən Masallı Rayon Məhkəməsində Asiya.az xəbər portalının baş redaktoru Cəfər Cəfərov cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə növünə keçirilməyi barədə ərizəsinə baxılıb. 

    Azərbaycan Respublikası Cəzalarının İcrası Məcəlləsinin 70-ci maddəsinin 70.1-ci bəndinə əsasən ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.

    Azadlıqda olmasına baxmayaraq məhkumluq həyatı tam bitməyən Asiya.az xəbər portalının baş redaktoru Cəfər Cəfərov da bu hüquqdan yararlanıb. Belə ki, Cəfər Cəfərov Masallı rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 10 ay müddətinə nəzarət etmək üçün Ədliyyə Nazirliyi İcra və Probasiya idarəsinə verilib.

    Asiya.az xəbər verir ki, Cəfər Cəfərov dünəndən etibarən cəza çəkdiyi 11 saylı məntəqə tipli CÇM-dən azad edilib. Bundan sonra onun cəzasından qalan 10 ay müddətə Masallı Rayon İcra və Probasiya şöbəsi nəzarət edəcək.

    Qeyd edək ki, Asiya.az-ın baş redaktoru 4 mart 2015-ci il də Masallı Rayon İcra başçısı Rafil Hüseynovun sifarişi ilə DİN-in BMCMİ tərəfindən saxlanılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 182.2.1 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 6 il azdlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası ilə əvəz edildi. C.Cəfərov 25 yanvar 2019-cu il tarixindən etibarən cəzasını Masallı rayon 11 saylı MTCM-də çəkirdi.


Xəbər lenti

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması təsədüf, yoxsa sui-qəsddir? Əlövsət Sadıqlı yazır

Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Oqtay Gülalıyevi xilas edərkən... -FOTO

HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır

Cəmil Həsənli: "Ölkədə söz və mətbuat azadlığı yoxdur"

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!