DAS-ın siyasi məhbuslara dəstək aksiyası davam edir -DÜNYA

Şrift : |
Tarix :17-10-2019, 11:10
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 353 dəfə
Like :
Like :

    Növbəti aksiya Almaniyanın Köln şəhərində yerləşən "Kölnische Rundschau“, “Kölner Stadt-Anzeiger“ və „Express“ media orqanlarının qarşısında baş tutub.

    Bu barədə 7GUN.az-a "Demokratik Azərbaycanı Seç" (DAS) təşkilatının üzvü, aksiyanın təşkilatçılarından biri Məcid Mehdili məlumat verib. O bildirib ki, “Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası davam edir. 17 sentyabr 2019-ci il tarixində Demokratik Azərbaycanı Seç (DAS) təşkilatının növbəti aksiyası Almaniyanın Köln şəhərində yerləşən " Kölnische Rundschau“ “Kölner Stadt-Anzeiger“ və „Express“ )" media orqanlarının qarşısında baş tutub. Məcidli Mehdi verdiyi məlumata görə, “Siyasi Məhbsulara Azadlıq” adlı həmrəylik aksiyasında məqsəd diqqəti Azərbaycandakı mövcud siyasi vəziyyətə diqqət çəkməkdir: “Azərbaycanda siyasi aktiv insanlara qarşı təqiblər və təhdidlər davam edir. M. Mehdilinin sözlərinə görə Azərbaycanda bu gün də siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir və həbs edilir. Bundan başqa Siyasi siafrişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, poxloji və fiziki işgəncəyə məruz qalırlar. Ölkədə korrupsiya, məmur özbaşınalığına edilən hər bir etiraz polis zorakılığı və həbslə nəticələnir. Biz Almaniyada siyasi mühacirlərin yaratdığı DAS (Wähle das Demokratische Aserbaidschan) təşkilatının aktivistləri olaraq, “Almaniyalı Jurnalistlərdən Siyasi Məhbuslara Dəstək” kampaniyasını aylardır davam etdiririk. Məqsədimiz Almaniya mediasını ölkəmizdəki mövcud duruma yönəltmək, Avropalı jurnalistlərin bu istiqamətdə bizə dəstək verməsinə nail olmaqdan ibarətdir.

    Təbdirdə aksiyanin DAS üzvləri, Məleykə Xələfova, İntiqam Xudiyev, Məmməd Qarayev, Nadir Rzayev, Emil Quliyev, Emin Manfov, Azər Əliyev, Murad Həmidov, Orxan Həbibli, Aygün Xələfova, Zohrab Təmrazov, Emin Şirəliyev, Taleh Qasımzadə, Ramin Əhmədov, Aygün Məhərrəmova çixiş ediblər.

    “Almaniyalı jurnalistlərdən siyasi məhbuslara dəstək” kampaniyası iyunun 28-də başladılıb. Bu məqsədlə ilk olaraq Almaniyanın Dortmund, Essen, Passau, Trier, Koblenz, Giessen şəhərlərində yerləşən, tirajlı alman media orqanlarının önündə aksiya keçirmişdilər.


Xəbər lenti

Azərbaycanlı siyasi mühacirlər saxlanılıb  -Almaniyada

Rüxsarə Əliyeva təhsil ocağını bazara çevirib?!

Ali Məhkəmə jurnalistin barəsində qərarı qüvvədə saxladı

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Oktay bəylə bağlı daha bir problem... -SOS

Nasir Əliyev: Oqtay Gülalıyev mənim gözümlə

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!