Lombard Məlahət"in baş redaktoru həbs etdirmək istəyi baş tutmadı - MƏHKƏMƏ ŞİKAYƏTİ RƏDD ETDİ

Şrift : |
Tarix :24-10-2019, 05:33
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 62 dəfə
Like :
Like :

    7GUN.az gundemxeber.az-a istinadən xəbər verir ki, Yasamal rayon Məhkəməsində "Lombard N:1”in sahibi Məlahət Moşu qızı Qurbanova Criminal.az saytının baş redaktoru Anar Məmmədova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

    Hakim Murad Məmmədovun icraatında baxılan xüsusi ittihamla bağlı məhkəmədə A.Məmmədov vəsatət verərək şikayətin icraata qəbul olunmamasını xahiş edib.

    Baş redaktor bildirib ki, M.Qurbanova xüsusi ittiham qaydasında şikayətində barəsində Criminal.az saytında dərc edilmiş yazıda "Lombard Məlahət" kimi xəbər başlığının verilməsini həm böhtan, həm də təhqir hesab edib. Yazıda M.Qurbanovanı nüfuzdan salacaq heç bir ifadə, yəni diffamativ hesab edilən ifadə göstərilməyib. Həmin ifadənin xüsusi ittihamçı tərəfindən nə üçün böhtan və təhqir hesab edilməsini əsaslandırmayıb. İşin mübahisə edilməyən halı xüsusi ittihamçının adının Məlahət olması və "Məlahət" MMC-nin direktoru olması, peşəkar lombard fəaliyyəti ilə məşğul olması mübahisəsizdir. Ona görə də, o cəmiyyətdə "Lombard Məlahət" kimi tanınır.

    A.Məmmədov əlavə edib ki, lombard və Məlahət sözü ayrılıqda və birlikdə işlədildikdə nüfuzdansalıcı məlumat kimi xarakterizə edilə bilməz. Çünki lombard qanunla qadağan olunmayan fəaliyyət sahəsidir. Buna görə də, xüsusi ittiham qaydasında şikayət əsassız olduğundan və xüsusi ittiham qaydasında şikayət qanunvericiliyə uyğun tərtib edilmədiyindən icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir.

    Xüsusi ittihamçının vəkili isə bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Qurbanova lombard fəaliyyəti ilə məşğul olmur. Onun Criminal.az saytında "Lombard Məlahət" kimi təqdim edilməsi təhqirdir. Vəkil bundan başqa məhkəmənin diqqətinə çatdırdı ki, A.Məmmədov 5 il 6 ay şərti cəza alıb və xususi ittiham qaydasında verdiyi şikayət onun məsuliyyətinin daha ağır olmasına səbəb olmalıdır.

    A.Məmmədov isə məhkəməyə M.Qurbanovanın lombard fəaliyyəti ilə məşğul olmasını sübut edən səndləri, o cümlədən onun bir müddət əvvəl lombarda borcu olan Qarabağ qazisi Bəhlul Həsənovu tutdurmasını təsdiqləyən məhkəmə hökmünü təqdim edib.

    Müşavirəyə gedən məhkəmə az sonra qərarını elan edib. Hakim M.Məmmədov xüsusi ittiham qaydasında M.Qurbanovanın verdiyi şikayətin rədd edildiyini elan edib.

    Xatırladaq ki, M.Qurnabova Yasamal rayon Məhkəməsində Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb. M.Qurbanova iddiasında göstərib ki, A.Məmmədov şəxsi-qərəzlik məqsədi ilə onun işgüzar nüfuzuna və imicinə ləkə gətirən, şərəf və ləyaqətinə toxunan, cəmiyyət arasında nüfuzdan salan böhtan xarakterli məlumatı Criminal.az saytında guya "Lombard Məlahət" tanınmağı barədə böhtan və təhqiredici məlumat yayıb. İddiaçı şikayətində göstərib ki, özü heç bir lombard fəaliyyəti ilə məşğul deyil, belə bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeydiyyatda da deyil. "Anar Məmmədov həmin yazısında "Məlahət" MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsində xəlvəti olaraq qanunsuz çıxarış almış Ələkbərov Fizulini müdafiə etmək və bununla da, məhkəmədə baxılan həmin mülki iş üzrə qərar qəbul edilməsinə təsir etmək məqsədi güdüb. Ona görə də, Anar Məmmədovun Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ittihamedici qərar çıxarasınız"-deyə M.Qurbanova iddiasında qeyd edib.


Xəbər lenti

Azərbaycanlı siyasi mühacirlər saxlanılıb  -Almaniyada

Rüxsarə Əliyeva təhsil ocağını bazara çevirib?!

Ali Məhkəmə jurnalistin barəsində qərarı qüvvədə saxladı

Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb

Oktay bəylə bağlı daha bir problem... -SOS

Nasir Əliyev: Oqtay Gülalıyev mənim gözümlə

Əyyubovların Mingəçevir Turizm Kollecində “işğal siyasəti” –ŞOK FAKTLAR

Arif Hacılı sərbəst buraxılıb

Bu necə başçıdır, bu necə abadlıq aparmaqdır?

İlham Əliyev : “Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər"

Qondarma məhkəmə oyunları davam edir

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!