Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Şrift : |
Tarix :2-11-2019, 19:31
Bölmə : Gündəlik xəbərlər / Video
Kömək :    
Baxılıb : 114 dəfə
Like :
Like :

    Atam Oktay Gülalıyevin maşınla vurulması ilk başda sürücünün özünün xəstəxanaya aparması nə qədər də sifarişli qəza olduğunu düşündürməsə belə məlum video görüntüyə baxanda şübhələri artırır. Nə qədər ağır olsa da video görüntünü dəfələrlə izlədim...

    Həmin videodan da göründüyü kimi sürücü dönməli olduğu bucaqdan deyil, dönəcəyi yolun səkisinə çıxacaq dərəcədə səhv dönür. Bu məqamda sürücünün 'naşı' olması mümkün deyil. Çünki, taksi xidmətlərində sürücü işə götürülən zaman 'iş stajı' (yəni sürücülük təcrübəsinə) diqqət edilir. 



    Digər məqam isə odur ki, piyada xəttində atamla birlikdə yolu keçmək üçün gözləyən adam yolu keçmir. Və o əvvəlcədən gözləyərək tum çırtlayır. Hətta qəza baş verdikdə belə.. Görüntüyə diqqətlə nəzər yetirsək görmüş olarıq ki, ata heç də tələsməyib və onnan qabaq başqa bir nəfər belə yolu artıq keçir...

    Əlavə qeyd etmək olar ki, həmin maşın işıqforun təzə yaşıl yanması ilə hərəkətə başlayır və sürəti yetərli dərəcədə azdır. Sürücü həm qəzanın fərqinə varanda qəzadan qaçırda, həm də maşını dərhal saxlaya bilərdi. Kifayət qədər yol enlidir. Həmçinin sürücünün xeyli dərəcədə soyuq davranması da şübhələri daha da artırır...

    Əgər ümumi sadalanan bütün şübhələri aradan qaldırılmasını istəyirsinizsə istintaqla bağlı aşağıdakılar tam ciddi şəkildə ictimaiyyətə təqdim olunmalıdır:

    1. Oktay Gülalıyev 'İşgəncələrə son qoyulsun!' adlı ictimai kampaniyanın saat 14:00 radələrində Montin adlanan yerdə, D18 hərəkatının ofisində mətbuat konfransında olmuşdur. Ofisdən Səməd Vurğun parkına qədər atanın izlənilib izlənilmədiyinə dair video görüntülər təqdim olunsun.

    2. Taksi bildirdiyi kimi, sərnişin götürməyə gedirdi. Telefonunda sifarişlə bağlı həmin tarixə, həmin saata aid məlumatlar təqdim olunsun.

    3. Taksi sürücüsünün telefonundan gün ərzində harada olduğu ardıcıl təqdim olunsun.

    4. Qəza anına qədər taksi sürücüsünün hadisə yerinə yaxın minimum 1-2 km' dən müşahidə kameraları vasitəsi ilə görüntüləri təqdim olunsun.

    Bütün bu məlumatları və video görüntülərin tapılması heç də çətin məsələ deyil. Saatlar bəlli, ünvanlar bəlli... Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... 

    Hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu, 
    Təbriz Gülalıyev


Xəbər lenti

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması təsədüf, yoxsa sui-qəsddir? Əlövsət Sadıqlı yazır

Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Oqtay Gülalıyevi xilas edərkən... -FOTO

HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır

Cəmil Həsənli: "Ölkədə söz və mətbuat azadlığı yoxdur"

Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib

Oqtay Gülalıyevə yardım məqsədilə Beynəlxalq Bankda hesab açılıb -FOTO

Oqtay Gülalıyevin həyatı hələ də təhlükə altındadır

Hüquq müdafiəçisinin vəziyyəti ağır stabildir

Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarı dəyişdirilmədi

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!