BÖLMƏLƏR


«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

AŞPA Gültəkin Hacıbəyliyə qarşı sanksiya tətbiq etdi

28
  • + A
  • - A
  • AŞPA Gültəkin Hacıbəyliyə qarşı sanksiya tətbiq etdi
    Avropa Şurasının Parlament Assambleyası (AŞPA) Azərbaycan müxalifətinin liderlərindən biri, Milli Şuranın fəalı və Azərbaycan parlamentinin sabiq deputatı Gültəkin Hacıbəyliyə qarşı sanksiya tətbiq edib.

    Bu barədə Turan məlumat yayıb.

    Bildirilir ki, qərara əsasən, Gültəkin Hacıbəylinin Avropa Şurası Parlament Assambleyasına girişi qadağan edilib.

    Xatırladaq ki, ötən gün AŞPA-nın müstəqil istintaq orqanı qurumun etik normaları pozan və öz hərəkətləri ilə bağlı açıqlama verməyən 29 nəfər keçmiş və indiki üzvünün siyahısını dərc edib. Onların arasında keçmiş deputat G.Hacıbəyli də var.

    2010-cu ilə qədər o, Azərbaycanda demokratiya və insan haqları ilə bağlı AŞPA-nın ən irticaçı və haqsız qərarlarının müəllifi və tərəfdarı idi. Amma deputat mandatını itirəndən sonra G.Hacıbəyli hakimiyyət və ölkə ictimaiyyəti üçün gözlənilmədən siyasi baxışlarını dəyişdi və əvvəllər fanatikcəsinə müdafiə etdiyi hakimiyyətə qarşı çıxdı və siyasi müxalifətin sıralarına qoşuldu.

    Ancaq AŞPA-nın qərarı göstərir ki, bu onu Azərbaycanda siyasi məhbuslara və demokratik azadlıqlara qarşı çıxış və təşəbbüslər üçün məsuliyyətdən heç də azad etmir.

    Xatırladaq ki, vaxtilə bəzi məşhur siyasi dustaqlara qarşı cəza siyasətinin davam etdirilməsini məhz Gültəkin Hacıbəyli dəstəkləyirdi. Milli Məclisin deputatı AŞPA tribunasından etdiyi çıxışlarında bu qurumun azad olunmasında təkid etdiyi bir çox siyasi dustaqlar barəsində cəza tədbirlərinin tətbiqinin zəruriliyini bildirirdi. Yerli KİV Azərbaycanın Milli Qəhrəmanı Rasim Əkbərov, jurnalist Eynulla Fətullayev, müxalifətçi Ruslan Bəşirli və bir çox başqaları ilə bağlı Gültəkin Hacıbəylinin çıxışlarına xüsusilə daha çox yer ayırırdılar.