Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

Şrift : |
Tarix :6-11-2019, 06:21
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Baxılıb : 27 dəfə
Like :
Like :

    Noyabrın 5-də Nəsimi rayon məhkəməsində “Kanal-13” İnternet televiziyasının həmtəsisçisi Əziz Orucovun şərti cəzadan azad edilməsi və məhkumluğunun götürülməsi haqqında müraciətinə baxılıb.

    7GUN.az Turan.az-a istinadən xəbər verir ki, hakim Şəlalə Həsənova onun müraciətini təmin etməyib. O, “Orucov islah olunduğunu sübut edə bilmədiyi üçün” şərti cəzanın ləğvinə əsas olmadığını hesab edib.

    Orucov bu qərardan apellyasiya verəcəyini bildirib, belə ki, qərar qərəzli və ədalətsizdir və “Kanal13”ün obyektiv fəaliyyətinə görə qisas məqsədi güdür.

    O qeyd edib ki, bu, hakim Həsənovanın ona qarşı ilk “qərəzli qərarı” deyil: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər. Bu cəza müddəti başa çatanda cinayət işi başlayıb, yenidən həbs-qətimkan tədbiri seçmişdilər. O zaman mənim haqqımda ilk həbs qərarını da sifarişlə bu hakim vermişdi”, deyə Orucov bildirib.

    O qeyd edib ki, şərti cəza ona çətinliklər yaradır. Xüsusən, jurnalistin ölkədən çıxışına qadağa qoyulub, mütəmadi olaraq məhkəmə icraçılarıyla əlaqədə olmalı, onların çağırışlarına getməlidir.

    Əziz Orucov 2017-ci il mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün – iyunun 1-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində barəsində cinayət işi başlanıb. Ona CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də bu hökmü qüvvədə saxlayıb. 2018-ci ilin aprelində Ali Məhkəmə jurnalistin 3 il şərti cəza ilə azadlığa buraxılmasına qərar verib.

    Əzizov hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.


Xəbər lenti

Ehtiram Xəlilov aksizli malların qaçaqmal yolu ilə ölkyə gətirilməsini, həmçinin satışına nəzarəti həyata keçirilir

"İstəyirsiniz öldürün, ancaq bu yolun geriyə dönüşü yox" -Nigar Həzi

"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Hüquq müdafiəçisinin vəziyyətində dəyişiklik yoxdur

Masallı rayon Məşğulluq İdarəsinin sabiq rəisi kimə arxalanıb?

Məhbub Zülfüqarlını maşınla vurmağa cəhd ediblər -İmişli rayonunda

"Haqqımız uğrunda döyüşənləri görməməzdən gəldik" -Elşən Əlisoy

Əziz Orucov: “Məni əvvəlcə şərləyib 30 gün inzibati həbs cəzası vermişdilər"

“Türkiyəli həkimlər Oqtayın Türkiyəyə aparılmasını təklif ediblər" -Firuzə Gülalıyeva

Azərbaycanda İnternet qeyri-azaddır -Freedom House

Ədalət istəyirik! Hüquq müdafiəçisi Taleh Xasməmmədov həmkarı Oqtay Gülalıyevin avtomobillə vurulmasından yazdı

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulması təsədüf, yoxsa sui-qəsddir? Əlövsət Sadıqlı yazır

Təbii ki, hakimiyyətin bu işdə əli yoxdursa... -VİDEO

Oqtay Gülalıyevi xilas edərkən... -FOTO

HRHF Oqtay Gülalıyevin zərər çəkdiyi qəzanı araşdırmağa çağırdı 

Dövlət fərdlərin təhlükəsizliyinə, azadlığına qarant olmalıdır

Cəmil Həsənli: "Ölkədə söz və mətbuat azadlığı yoxdur"

Jurnalist xuliqanlıq ittihamı ilə 30 gün müddətinə həbs edilib

Oqtay Gülalıyevə yardım məqsədilə Beynəlxalq Bankda hesab açılıb -FOTO

Oqtay Gülalıyevin həyatı hələ də təhlükə altındadır

Hüquq müdafiəçisinin vəziyyəti ağır stabildir

Xətai rayon Məhkəməsinin Seymur Həzi ilə bağlı qərarı dəyişdirilmədi

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!