Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyuldu

Şrift : |
Tarix :11-11-2019, 01:40
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib.

    7GUN.az xəbər verir ki, bu barədə Əvəz Zeynallı özü məlumat verib.

    Baş redaktor bildirib ki, Türkiyədə təhsil alan övladlarının yanına getmək istəyərkən, onu sərhəd keçid məntəqəsindən ölkə xaricinə buraxmayıblar.

    "2011-ci ildə məni şərləyib həbs etdirəndən sonra mənə qarşı saxta cərimələr də elan etdilər. Sonra İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə azadlığa çıxdım. Amma Vergilər Nazirliyi məndən əl çəkmədi. Məhkəmə hakimləri ilə görüşdüm, cərimə tələbinin heç bir qanuni əsasının olmadığını dedilər. Prezident əfv etdiyi adamdan Vergilər Nazirliyi saxta cərimələri necə tələb edə bilər axı?! Budur, nəhayət, Mikayıl Cabbarov tələb etdi”, - deyə Ə. Zeynallı bildirib.

    İstanbuldan ay yarım öncə qayıdan Ə. Zeynallı iddia edir ki, ona qarşı məhdudiyyət nazir Mikayıl Cabbarovu tənqid etməsindən qaynaqlanır.

    Qeyd edək vəkil Elçin Sadıqov da Əvəz Zeynallıya qarşı tətbiq edilən mədudiyyəti qeyri-qanuni sayır. 

    E.Sadıqov bildirib ki, məhkəmə qərarı olmadan Vergilər Nazirliyinin bu tip qərarlar verməsi qanuna ziddir.

    Əvəz Zeynallı yazır: "Tələbələrin yanına gedirdik Məlahət xanımla. Son keçid xidmətindən buraxmadılar məni. Vergilər Nazirliyi məhdudiyyət qoyubmuş. Niyə? Bu xarabaya borcum varmış. Hələ 2011-ci ilə şərləyib həbs etdirəndən sonra mənə saxta və yalançı cərimələr elan etdilər o hökmlə. Sonra İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə azadlığa çıxdım. Amma vergilər nazirliyi əl çəkmədi. Getdim hakimlərlə görüşdüm, cərimə tələbinin heç bir qanuni əsasının olmadığını dedilər. Necə ola bilər axı. Prezident əfv etdiyi adamdan vergilər nazirliyi saxta cərimələri necə tələb edə bilər axı?! Budur, nəhayət, Mikayıl Cabbarov tələb etdi. Daha ay yarım deyil İstanbuldan qayıtdığım. Bəs səbəb nədir ki, bu absurd qərar verilib? Səbəb nədir ki, vergilər nazirliyi – Mikayıl Cabbarov məni yada salıb. Deyim! Bu çiçəyi burnunda iqtisadiyyat naziri yeni nazir təyin olunanda mən vergilər nazirliyində hesabat verməli idim. Nazirlik yox, xaraba olduğunu gördüm və "nazirliyin başına yıxılsın, Mikayıl Cabbarov” yazdım. Bir də baxdım ki, İlham Əliyev adamı böyüdüb iqtisadiyyat naziri qoyub. Və təbii ki, bu qabiliyyətsiz, bacarıqsız və indi də göründüyü kimi, kinli adamı o gün-bu gün tənqid atəşinə tutdum. Ona görə də iqtisadiyyatımızın bu çiçəyi burnunda despotu əlinə düşən ilk fürsətdə məni balalarımdan ayırdı – biz bu gün tələbələrimlə görüşə bilməyəcəyik. Bunun etdiyi islahat əvvəlcə özünün, sonra da mənim başıma dəysin! Bunlar islahat edəcəklərsə, mən də bu yaşımda kosmonavt olacağam".

    "Vəkil Elchin Sadıqovla danışdım. Heç bir halda nazirliyin məhkəmə qərarı olmadan bu tip qərarlar verəcəyinin mümkün olmadığını dedi. Amma DSX əməkdaşları dedilər ki, vergilər onlayn qaydada hər cür qərarlar verə bilir. Zaman gəlsin, bu yaşında balalarını, nəvələrini ziyarətə gedəndə hansısa sülük nazir, yolunu bağlasın, əsəblərin tarıma çəkilsin, əllərindən heç nə gəlməsin, azadlıq qənimi Mikayıl Cabbarov! İndi belə çıxır ki, bir qurama vergi cinayətinə görə, prezidentin əfvindən sonra mən bir də həbs olunmalıyam?! Bir şərləmə cinayətinə görə, mən 2 dəfə cəzalandırılıram?! Başınıza dəysin idarəetməniz!”

    Elçin Sadıqov yazır: "Evez Zeynallının ölkədən çıxışına İqtisadiyyat Nazirliyi qadağa qoyub, səbəb 2011-ci ildəki saxta ittiham üzrə hesablanmış uydurma məbləğin ödənilməməsidir. Vergi Məcəlləsinə ə görə vergi orqanlarının hesablanmış vergini 5 il ərzində tələb etmək hüququ var. Bu müddətin keçməsinə görə və DSX-nin bizə bildirməsinə görə məhkəmə qərarı olmadan borclunun ölkədən çıxışına qadağa qoyulması tamamilə qanunsuzdur. Ölkədə adam qanundan danışmağa da utanır… qanun sayan var?!”


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya