"Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb" Şəbnəm Nəzərova

Şrift : |
Tarix :11-11-2019, 04:06
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Gəncə məhbusu Elvin Nəzərovun səhhətində çox ciddi problemlər yaranıb.

    7GUN.az xəbər verir ki, bu barədə vetenugrunda.az-a onun xanımı Şəbnəm Nəzərova məlumat verib:

    "Elvin hər gün qusur, şiddətli baş ağrılarından bayılmaq həddinə çatır. Belə olanda ona sadəcə ağrıkəsici verirlər.

    Dəfələrlə rəhbərliyə müraciət etsə də onun müayinəsini təşkil etmirlər. Əslində Elvin MRT (Maqnit rezonans tomoqrafiyası) müayinəsindən keçməlidir. Ən azından bu vəziyyəti yaxşılaşana qədər Müalicə Müəssisəinə köçürülməlidir".

    Şəbnəm Nəzərova 2 saylı Cəzaçəkmə müəssisəsində saxlanan həyat yoldaşının görmə qabiliyyətinin zəiflədiyini bildirib: "Sağ gözündə görmə qabiliyyəti zəifləyib. Demək olar ki, görmür. Heç bir soyuqlaması olmadığı halda tez-tez qusur. Elvin istintaq zamanı dəhşətli işgəncələrə məruz qalıb. O, bütün bunların o işgəncələrin təsirindən yarandığını deyir".

    Tətil günü olduğu üçün Pentensiar Xidmətlə əlaqə saxlamaq imkanımız olmadı.

    Qeyd edək ki, vetenugrunda.az məhkəmə prosesi zamanı məktub ünvanlayan Elvin Nəzərov ona verilən işgəncə faktlarına da toxunmuşdu: "Məni şöbəyə gətirdikləri andan döyməyə başladılar. İlk dəfə döyməyə başlayanda qollarımı qandalladılar, gözümə də qara dəsmal bağladılar ki, döyənlərin üzünü görməyim. Ağzımı "skoçla" bağlamaq istəyəndə dedim ki, burnumdan nəfəs ala bilmirəm, ancaq ağzımdan nəfəs alıram. Əgər ağzımı da bağlasanız boğulub öləcəm. Mən qışqırmayacam, səsimi çıxarmayacam, dözəcəm ağzımı bağlamayın.

    Birinci gün qollarımı qandallayıb, ayaqlarımın altına dubinka ilə var gücləri ilə döydülər. Böyrəklərim və ciyərlərim dağılsın deyə, dubinkanı o qədər möhkəm vururdular ki, huşumu itirirdim. Sonrakı günlərdə də hər gün səhərdən-axşama qədər məni döyürdülər. Huşumu itirəndə su tökürdülər üstümə, ayılırdım və yenidən döyürdülər.

    Bir gün məni rütbəli birinin otağına apardılar. O, özünü təqdim etmədi və kobudluqla soruşdu ki sənin uşağın var. Məndə dedim ki, bəli, var. Mənə "sən nəsənki, sənin uşağın da nə olsun" deyəndə, ona layiq olduğu cavabı verdim. O, çox qəzəbləndi, yanındakılara "aparın bunu, ölüncə döyün, o kimdi axı mənə cavab qaytarmağa cəsarət edir" dedi. Bu olaydan sonra məni daha dəhşətli döyürdülər. Yorulanda isə pol ağacının sapı ilə döyürdülər. Hər yerimə vururudlar. Bütün bədənim qanın içində və gömgöy idi.

    Bir dəfə iri əlləri olan adamdöyənlər qulağımın pərdəsini partlatmaq üçün var qüvvələri ilə başıma və qulağıma zərbələr endirirdilər. Ağzım burnum qanla dolmuşdu. Qulağımın pərdəsinin hələ də partlamadığını görəndə iri kitabları götürüb başıma və qulaqlarıma yenidən zərbələr endirdilər. Mən huşumu itirdim, su töküb ayıltdılar və yenidən döyməyə başladılar.

    Bu zaman adamdöyənlərdən bir nəfər dedi k, mən daha yaxşı "metod" bilirəm. Bu "metodla" döysək, o, huşunu itirəcək, biz də belə yorulub, əldən düşməyəcəyik. Beləliklə, boğazımın altındakı, sinə sümüyünün yuxarı hissəsindəki yerlərə vurmağa başladılar. Bu çox dəhşətli ağrı verirdi və mən bayılırdım.

    Sonra qollarımı arxadan qandallayıb çox iriçəkili bir nəfəri belimin üstündə oturdub məni dəhşətli şəkildə döyməyə başladılar. Alışqanı yandırıb belimə tuturdular və saxlayırdılar. Belim yandıqca ağrının şiddətindən bayılırdım.

    O qədər döydülər ki, bütün bədənim göyərmişdi, mən qan içində idim, ağrıdan ayaqüstə dayana bilmirdim, oturmağa da qoymurdular. Kimsə dedi ki, bu adamı niyə ayaq üstə saxlamısız, qoyun otursun. Oturmaq istəyəndə otura bilmədim. Ayaqlarımın altına dubinka ilə o qədər döymüşdülər ki, ayağımı yerə basa və ayaqqabı geyinə bilmirdim.

    Hər gün səhərdən-axşama qədər dayanmadan döyürdülər. Başımı iki nəfər möhkəm tuturdu, başımı tərpədə bilmirdim, digərləri üzümün tüklərini bir-bir dartıb çıxarırdı.

    Məni yerə uzadıb 5-6 nəfər başıma təpiklə döyürdülər. 7 ay keçməsinə baxmayaraq, hələ də üzümdə o təpikləmənin izi qalıb.

    Bir dəfə xahş etdm ki, qollarımı açın namazımı qılım, icazə vermədilər".

    Elvin Nəzərova işgəncə verənlər ondan etmədiyi əməlləri haqqında ifadə verməsini tələb ediblər.

    Ona Nizami polis İdarəsində və Kəpəz Polis İdarəsində işgəncə verilib. 2018-ci il 11 iyulda həbs edilən Elvin Nəzərova 9 gün ağlasığmaz işgəncə verildiyini və bu 9 günün məhkəmə işinə əlavə edilmədiyini bildirib.

    Bu məhkəmədə 7 il həbs cəzası verilən digər Mingəçevir sakini Elvin Allahverdyev də Elvin Nəzərovla birgə saxalnıb. Elvin Nəzərov və Elvin Allahverdiyev dostları Renat Məmmədovun maşını ilə digər dostları, Mingəçevir sakini Vüqar Xudiyevin polis idarəsində saxlandığını eşidib onun yanına yemək gətiriblər. Bu üç dost heç bir səbəb göstərilmədən saxlanıb, telefonları əllərindən alınıb və olmazın işgəncələr verilib ki, onlara təqdim olunan ifadələrə imza atsınlar.

    Onların saxlanılması haqqında ailələrinə xəbər verilməyib. Ailələri günlərlə uşaqlarını axtarıblar.

    Xatırladaq ki, Elvin Nəzərovun da daxil olunduğu 6 nəfərlik qrupa 2019-cu ilin 1 mart tarixində Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə

    Allahverdiyev Elvin Nəriman oğlu 7 il

    Nəzərov Elvin Novruz oğlu 7 il

    Məmmədov Renat Miri oğlu 6 il

    Xudiyev Vüqar Mənsur oğlu 7 il

    Rüstəmov Elman İlham oğlu 8 il

    Heydərli Nemət Hikmət oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Yuxarıda adları çəkilən məhkumların hamısı eyni maddə ilə (220.1 -vətənə xəyanət) ittiham edilir. Lakin Rüstəmov Elman İlham oğlu və Heydərli Nemət Hikmət oğlu eyni zamanda polisə müqavimətdə (315.2) təqsirləndirlib.

    Adları çəkilən şəxslərə CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə ittiham olunurlar. Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində, orada polislərə xəsarət yetirməkdə suçlanıb.

    Avqustun 29-da Bakı Apellyasiya Məhkəməsinində keçirilən sonuncu prosesdə hakimin qərarıyla həm ittiham maddələri dəyişib, həm də cəzalar azaldılıb – E.Allahverdiyev, E.Nəzərov, V.Xudiyev və R.Məmmədova 220-ci maddə ilə verilən ittiham 29.220.1 (kütləvi iğtişaşda iştiraka cəhd) maddəsinə tövsif olunub. E.Allahverdiyevin cəzası 4 ilə, V.Xudiyevin cəzası 3 ilə, E.Nəzərov və R.Məmmədovun hər birinin cəzası isə 2 il 6 aya endirilib.

    Təqsirləndirilən E.Rüstəmova 220.1 maddəsi ilə irəli sürülmüş ittiham olduğu kimi saxlanıb. Ancaq 315.2 maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub. Cəzası da 8 ildən 5 ilə endirilib.

    Azadlığa buraxılan N.Heydərliyə gəlincə, ona 1 il cəzası kəsilib və müddəti tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılıb.


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya