"Təcridxanada saxlanma qaydaları sərt və amansızdır"Tofiq Yaqublu


7GUN.az-ın Turan.az-a istinadən məlumatına görə, demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 30 gün inzibati həbs cəzasından  sonra noyabrın 18-də azadlığa çıxıb.

“Təcridxanada saxlanma qaydaları sərt və amansızdır. Hətta ağır cinayətlərdə ittiham olunanları da belə saxlamırlar. Bunları dəyişmək lazımdır, çünki insan hüquqlarına ziddir”, - T.Yaqublu  deyib.

O, saxlandıqdan dərhal sonra polisdə işgəncələrə məruz qaldığını təsdiqləyib. “Nəsimi Rayon Polis İdarəsində mənə işgəncə verdilər. Bu işgəncələnin izləri hələ də qalır. Həkimə müraciət  edəcəm. Biz işgəncələrdən ağlaşma qurmaq üçün danışmırıq, hakimiyyətin hərəkətlərini ifşa etməkdən ötrü danışırıq”, - o deyib.

T.Yaqublu oktyabrın 19-da Milli Şuranın Bakının mərkəzində keçirdiyi icazəsiz mitinq zamanı saxlanılmışdı.

18-11-2019, 03:02