"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Şrift : |
Tarix :29-11-2019, 04:57
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Bu gün hüquq müdafiəçisi Oktay Gülalıyev qəzaya uğramasından bir ay keçir. O.Gülalıyevin oğlu Təbriz Gülalıyevin sözlərinə görə, bu müddət ərzində hələ də atasının səhhətində müsbətə doğru irəliləyiş yoxdur.

    7GUN.az "AYNA"ya istinadən xəbər verir ki, T.Gülalıyev bu barədə öz "Facebook" səhifəsində yazıb: "Bu gün artıq atam Oktay Gülalıyevin müəmmalı şəkildə qəza keçirməsinnən 1 ay (31 gün) keçir. Və atam bu müddət ərzində hələ də komadan ayılmayıb".

    "Bu qədər ağır xəsarət olmasına baxmayaraq, heç bir istintaq aparılmır. Həm qəzanı törədən sürücü ilə bağlı (azadlıqdadır), həm də "CİTY Hospital"da əməliyyatın gecikdirilməsi ilə bağlı. Bütün ömrü boyu vətən uğrunda, haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır", - deyə o qeyd edib.

    Xatırladaq ki, O.Gülalıyev 29 oktyabrda saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində yolu keçmək istəyərkən piyada keçidininin üzərində, taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayevin idarə etdiyi “Hyunadi Accent” markalı avtomobillə vurulub. Yaralanan hüquq müdafiəçisi əvvəlcə 1 saylı Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə baş verən günün səhərisi isə "City Hospital"da əməliyyat olunub. noyabrın 1-də isə “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

    O.Gülalıyev 6 noyabrda isə Heydər Əliyev Fondu tərəfindənxüsusi təyyarə ilə Türkiyə aparılıb və İstanbulda yerləşən Avrasiya Xəstəxanasına yerləşdirilib. Noyabrın 20-də İstanbulun "Amerika Xəstəxanası"nda hüquq müdafiəçisinin beynində növbəti neyrocərrahiyyə əməliyyatı aparılıb.

    Baş vermiş hadisə ilə bağlı Nəsimi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya