Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

Şrift : |
Tarix :29-11-2019, 05:08
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Yeni Ombudsman hakim partiya sədrinin müavininin xanımıdır

    Noyabrın 29-da Milli Məclisin iclasında Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı bəlli olub.

    7GUN.az Amerikaninsesi.org-a istinadən xəbər verir ki, iclasda Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni Ombudsmanı seçilib.

    Deputatlardan 104 nəfəri onun namizədliyinin lehinə səs verib.

    Səsvermədən sonra Səbinə Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.

    O, ölkə başçısına və deputatlara təşəkkürünü bildirib və bu vəzifəyə seçilməyin böyük şərəf olduğunu deyib:

    "Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm. Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.

    Həmin vəzifəyə Prezident İlham Əliyevin adından Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.

    Səbinə Əliyeva 1980-cı ildə anadan olub, ali hüquq təhsili var. O, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin ictimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Yerli media Səbinə Əliyevanın geniş ictimaiyyətə məlum olmadığını yazır.

    Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildə yaradılıb. O vaxtdan Ombudsman vəzifəsində Elmira Süleymanova çalışırdı.

    Hüquq müdafiəçilərinin onun fəaliyyətinə münasibəti birmənalı olmayıb. Bəzi hüquq müdafiəçiləri onun fəaliyyətini ümumən müsbət dəyərləndirsələr də, bir çoxları da tənqidi yanaşıblar.

    Tənqidçilər deyirlər ki, son illər Azərbaycanda polis və cəzaçəkmə müəssisələrində işgəncələrin olması ilə bağlı şikayətlər getdikcə artır, amma rəsmi qurumlar kimi, Ombudsman Aparatı da onların obyektiv araşdırılmasına lazımı səylər göstərmir. Rəsmilər işgəncə şikayətlərini, bir qayda olaraq, əsaslı saymırlar.


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya