Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

Şrift : |
Tarix :4-12-2019, 04:28
Bölmə : Gündəlik xəbərlər
Kömək :    
Like :
Like :

    Repressiya və İşgəncələrə Qarşı  Komitəsinin koordinatoru Oqtay Gülalıyevin sızın köməyinizə ehtiyacı var.

    2019-cu il  oktyabrın 29-da  komitənin iclasından qayıdarkən yolda onu maşınla vurublar. O aldığı travmadan komaya düşüb. Təəssüf ki, vaxtında tibbi yardım göstərilmədiyi üçün vəziyyəti kritikləşib və hazırda durumu ağırdır.

    7GUN.az Turan.az-a istinadən xəbər verir ki, Repressiya və İşgəncələrə Qarşı  Komitənin yaydığı müraciətdə belə deyilir:

    "İstanbuldakı Amerika xəstəxanasının həkimləri onun həyatı üçün mübarizə aparırlar. Bir aydan çoxdur ki, müalicəyə vəsait ayıran Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində ixtisaslı tibbi yardım göstərilir.

    Lakin dekabrın 10-dan Fond Türkiyədə müalicənin maliyyələşdirilməsini dayandırır və müalicənin Azərbaycanda davam etdirilməsini təklif edir.

    Azərbaycanda bu müalicənin effektli ola biləcəyinə əmin deyilik. İxtisaslı müalicəni davam etdirmək üçün vəsait və beyin travması sahəsində aparıcı mütəxəssislərin məsləhəti lazımdır.

    Sizə müraciət edərək Oqtay Gülalıyevin müalicəsinin davam etməsi və həyatını xilas etmək üçün səyləri dəstəkləməyə çağırırıq.

    Sizin hüquq-müdafiə həmrəyliyinizə ümid edirik".

    Repressiya və İşgəncələrə Qarşı  Komitəsi

    Bakı, 04.12.2019


Xəbər lenti

Beynəlxalq təşkilatlar vəkillərlə bağlı çağırış edib

Seçki oyunu -VİDEO

"Oktayın ağ ciyərində, qanında infeksiya olduğuna görə aintibiotiklər vurulurdu" -Firuzə Gülalıyeva

AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib

AİHM Bəybala Əbillə bağlı qərarını elan etdi

Masallı rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verildi

Oqtay Gülalıyevlə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına çağırış olundu

"RUN Group" MMC-nin xanım rəhbəri niyə susur? -VİDEO

Xəstələrə əzab verən Müalicə Müəssisəsi -VİDEO

"Cahid Hilaloğlu" mükafatı təqdim edildi -FOTOLAR

10 AA 322 seriyalı avtomobil sürücüsü mövcud qanunvericiliyin tələblərinə niyə riayət etmir? -VİDEO

"İşıq xətti qəfil qırılıb düşə bilər" -Qəbələ rayonundan FOTOLAR

"Bizə dedilər 6 aydan sonra müraciət edə bilərsiniz" -Vüqar Qurdqanlı

Masallı rayon Maliyyə İdarəsi faizə otuzdurulub?

"Dövlət, hökumət başçıları özünü kral, şah zənn etməsinlər, xalqa xidmət etsinlər" -Əli Kərimli

Cəlilabadda süqut edən təhsil sistemi : İTTİHAM

Elxan Hüseynov “köhnə bazara yeni qiymətlər”gətirib? -Sumqayıt Dövlət Universitetində problem

Vəkil:"Mən o qədərmi axmağam ki, o icraat gedə-gedə üzvlük haqqı ödəməyim?"

Prezidentin köməkçisinə general-polkovnik rütbəsi verildi

Məhkəmə jurnalisti cərimələdi : "Sifarişli qərardır"

“Taliban bizimlə razılıq əldə etmək istəyir və biz onlarla görüşürük” -Donald Tramp

Azərbaycanda yeni Ombudsmanı Səbinə Əliyeva oldu

"Haqq ədalət uğrunda mübarizə aparmış adam indi də tək, meydanda həyatı uğrunda mübarizə aparır" -Təbriz Gülalıyev

Polis “Müsəlman Birliyi” Hərəkatının tədbirinə imkan vermədi

"Bu yaşdan sonra hara gedəcəyik, necə yaşayacağıq?” – Tanımış həkim

Təqvim

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Bizi izləyin

Təsisçi və baş redaktor: Cavid Şirəliyev
Tel/Whatsapp: (+99450) 300-17-96 | (012) 555-65-95
E-mail: 7gun@mail.ru
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi 30/14
© 2011. Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə istinad vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir!
Mobil versiya